Zərrəciklə antizərrəcik toqquşduqda onların başqa zərrəciklərə çevrilməsi prosesi.
Zərrəciklər elektromaqnit, güclü (nüvə) və zəif qarşılıqlı təsirlərlə A. edə bilər. Qarşı-qarşıya hərəkət edən ifrat böyük enerjili elektron-pozitron dəstələrinin alınması bu cütün ağır zərrəciklərə A. etməsinə imkan verir.
Fizika terminlər lüğətiBarionların antizərrəcikləri.
İşarəsi barionların işarəsi kimi olur və üzərinə tilda (~) qoyulur. A. antinuklonlardan və antihiperonlardan ibarətdir. A. ilə barionların kütləsi, spini, yaşama müddəti eynidir; elektrik və nüvə yükləri, maqnit momentləri əks işarəlidir. A.-ın hamısı 10 – 70 Qev enerjili zərrəciklər verən sürətləndiricilərin köməyi ilə təcrübədə tapılmışdır. A.-ın ümumi xassəsi barionlarla annihilyasiya etməsidir.
Fizika terminlər lüğətiMaddənin maqnit hallarından biri.
Həmin halda qonşu atomların elementar maqnit momentləri atomlararası qüvvələr hesabına bir-birinə antiparalele yönəlməyə cəhd edir. Belə maddələr antiferromaqnetiklər adlanır. Maddənin bu halı bərk (kristal) haldır.
Fizika terminlər lüğətiAntizərrəciklərdən ibarət materiya.
Maddə atomlarının nüvəsi proton və neyrtonlardan, atom örtüyü isə elektronlardan ibarətdir. A. atomlarının nüvəsini antiproton və antineytronlar, örtüyünü isə pozitronlar təşkil edir. Antizərrəciklərin aşkar edilməsi üçün maddəyə yüksək enerjili zərrəciklərlə təsir etmək lazımdır.
Fizika terminlər lüğətiProtonun antizərrəciyi.
A. və protonun kütlələri, spinləri eyni, elektrik yükləri, maqnit momentləri isə qiymətcə bərabər, işarəcə müxtəlifdir. Eksperimental yolla 1955-ci ildə tapılmışdır. A. 6,3 Qev enerjiyə qədər sürətləndirilmiş protonlar mis nüvələrini bombardman edərkən yaranmışdır.
Fizika terminlər lüğətiZərrəciyə nisbətən yükünün və maqnit momentinin işarəsi əks, başqa xarakteristikaları eyni olan elementar zərrəcik.
Elementar zərrəciklər nəzəriyyəsinə görə hər bir zərrəcik antizərrəciyə malikdir. A-in xüsusiyyəti onun zərrəciklə annihilyasiya etməsidir. Təcrübədə müəyyən olunmuş zərrəcik və A. cütləri bunlardır: elektron və pozitron, neytrino və antineytrino.
Fizika terminlər lüğətiOptik sistemin diafraqma və ya linzaların ölçüləri ilə təyin olunan deşiyi.
Bucaq A.-u optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasındakı 2α bucağı ilə, ədədi A. isə n sinα ilə ifadə olunur (n – cismin olduğu mühitin sındırma əmsalıdır). Ədədi A. böyük olduqca, xəyalın parlaqlığı və optik cihazın ayırdetmə qabiliyyəti də artır.
Fizika terminlər lüğətiSpektrin müxtəlif sahələrində göy cisimlərinin fotoşəklini çəkmək üçün üsul.
A.-nın köməyi ilə göy cisimlərinin koordinantları, məxsusi hərəkətləri və onların Yerdən məsafəsi hesablanır, kiçik planetlər və kometlər kəşf edilir. Ulduz xəritələri və atlaslarının tərtibində, meteorların, süni peyklərin və kosmik paketlərin müşahidəsində A.-nın böyük əhəmiyyəti var.
Fizika terminlər lüğəti