Bərk cismin səthindən axıb keçən qızğın qaz selinin həmin səthdən kütlə ayırması.
A. eroziya, sublimasiya və ərimə nəticəsində baş verir.
Qlyasiologiyada qar və ya buzlaq kütləsinin ərimə, buxarlanma və mexaniki aşınma nəticəsində kiçilməsi. Əsasən, iqlim amillərinin təsiri ilə baş verir.
A. 3 növ olur. Bəzən A. "səthi yuyulma" termininin sinonimi kimi də işlədilir.
Fizika terminlər lüğətinəq. Havanın və başqa qazların hərəkətini və onların bərk cisimlərlə qarşılıqlı təsirini öyrənən hidroaeromexanikanın bölməsi.
A.-da səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. A. uçuş aparatlarının, reaktiv mühərriklərin, ventilyatorların, avar vintlərinin layihələndirilməsində, meteorologiyada və binaların tikintisində tətbiq olunur. A. müstəqil elm kimi 20-ci əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır.
Fizika terminlər lüğətiSəthin işıqqaytarma qabiliyyətini xarakterizə edən kəmiyyət.
Səthdən səpilən işıq selinin həmin səthə düşən selə nisbəti ilə ölçülür. Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy cisimlərinin xarakteristikası kimi baxılır. A. şüa enerjisinin tam seli (inteqral A.), müxtəlif spektr intervalları (spektrin görünən hissəsi üçün bu, vizual A. adlanır) və monoxromatik sel üçün hesablanır. Yerin, okean və dənizlərin vizual müstəvi A.-su 0,03, təzə qarla örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 0,1 – 0,3-dür (infraqırmızı hissədə 0,9-dur).
Fizika terminlər lüğəti1. Elektrik cərəyanı şiddətinin vahidi. Beynəlxalq vahidlər sisteminin əsas vahidlərindən biri.
A və ya a ilə işarə edilir. A. vakuumda bir-birindən 1 m məsafədə olan, olduqca kiçik dairəvi en kəsiyə malik sonsuz uzun iki paralel naqildən sabit cərəyan keçdikcə, naqillərin hər metrində 2•10-7 n qarşılıqlı təsir qüvvəsi yaradan cərəyan şiddətidir. Beynəlxalq A. gümüş-nitrat məhlulundan 1 san-də 1,118 mq gümüş ayıran cərəyanın şiddətidir. 1 beynəlxalq A.= 0,99985 mütləq A.
2. Maqnit-hərəkət qüvvəsi vahidi (BS və MKSA vahidlər sistemində).
Fizika terminlər lüğətiinc. Stereoskopik (həcmli) təsvir almaq üçün üsul.
Çap formalarının hazırlanması üçün eyni obyektin iki fotoşəkli (ağ-qara) çəkilir. Təsvirlər müxtəlif rəngə boyanır, yaxud müvafiq işıq süzgəclərindən keçirilməklə ekrana proyeksiyalanır. A.-dan ərazilərin həcmli modellərinin yaradılmasında, stereometriya, tərsimi həndəsə və s.-yə dair tədris vəsaitləri üçün həcmli illüstrasiyaların hazırlanmasında, həmçinin stereoskopik filmlərin çəkilişində istifadə olunur.
Fizika terminlər lüğəti