Reklam
Reklam

Fizika terminlər lüğəti

ANTİBARİONLAR

Barionların antizərrəcikləri.

İşarəsi barionların işarəsi kimi olur və üzərinə tilda (~) qoyulur. A. antinuklonlardan və antihiperonlardan ibarətdir. A. ilə barionların kütləsi, spini, yaşama müddəti eynidir; elektrik və nüvə yükləri, maqnit momentləri əks işarəlidir. A.-ın hamısı 10 – 70 Qev enerjili zərrəciklər verən sürətləndiricilərin köməyi ilə təcrübədə tapılmışdır. A.-ın ümumi xassəsi barionlarla annihilyasiya etməsidir.

Fizika terminlər lüğəti