darzi paltar biçib tikən ustaya deyilir.
Dərzi Azərbaycan antroponimikasında sənət-peşə adlarından yaranmış kişi adları sırasındadır. Məişətimizdə köhnəlmiş şəxs adları sırasında olan Dərzi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Dərzi adından formalaşmış soyadların Azərbaycanda kifayət qədər mövcud olması məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidayanat sözü dilimizdə bir neçə mənada işlənsə də, əsasən möhkəmlik, səbat, bel bağlanılan, sözünün üstündə möhkəm duran (adam) kimi yaxın anlamlar ifadə edir. Bir də dindarlıq, dini qayda-qanunlara möhkəm əməl edilməsi mənası vardır. Dəyanət kişi adı möhkəmlik, sözünün üstündə durma, dönməzlik mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidilavar sözündən olub, dilimizdə qoçaq, igid, cəsur, ürəkli, mərd, həmçinin dilli, yaxşı danışmağı bacaran, məharətli mənalarını ifadə edir. XX əsrdə məişətimizdə geniş yayılmış Dilavər bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Dilavər Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidilbaz sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dilbaz (bax: – DİL; BAZ) kişi adı olaraq ürəkaçan, qəlboxşayan mənasındadır. Dilbaz adından səsartımı (i səsi) yolu ilə yaranmış Dilbazi adı sonralar soyad, təxəllüs kimi də istifadə edilmişdir.
XX əsrin məşhur şairələrindən olan Mirvarid Dilbazi, Azərbaycanda ən məşhur rəqqasələrdən olmuş Əminə Dilbazi bu gün də hörmətlə xatırlanan sənətkarlarımız sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidilkaç (əslində delkəş) sözündəndir. Dilkəş (bax: DİL) şəxs adı ürəklə əlaqədar, ürəklə bağlı anlamlarındadır. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Dilkəş Şərqdə məşhur təsniflərdən birinin adından olub, muğam parçalarının adları ilə əlaqədar şəxs adları (məsələn, Muğamat, Zəminxarə və s.) sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidilsuz (əslində delsuz) sözündən olub, dilimizdə bir neçə məna ifadə edir: 1. Ürək yandıran, çox təsirli; 2. Ürəyi yanan, həssas, şəfqətli (olan); 3. Qəmsiz, ürəyi sevinclə dolu, könlü şad, sevincli, fərəhli. Dilsuz (bax: – DİL) kişi adı ürək yandıran, çox təsirli mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidinar sözündəndir. Dilimizdə alınma sözdən yaranmış antroponimlərdəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dinar Yaxın Şərqin bəzi ölkələrində mövcud qızıl pul vahidinin adındandır. Dinar dilimizə ərəb dilindən keçmə sözlər sırasında olsa da, ərəb dünyasında Dinar şəxs adı kimi mövcud deyildir. Ərəb dilinin qanunlarına əsasən söz həmişə yalnız dinar formasında (yəni kişi cinsində) işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti