darqah sözü dilimizdə bir neçə mənada işlənir: 1. Astana, kandar, qapı önü; böyük, vəzifəli, səlahiyyət sahiblərinin qapısı, saray, iqamətgah; 2. mac. Din, Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti (bəzən “Allah”, “Həqq” sözləri ilə); 3. mac. Təntənə, dəbdəbə. Dərgah sözün ikinci mənası ilə əlaqədar olub, Allahın dərgahı mənasındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olan Dərgah bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Adın təhrif olunmuş forması Dərgəh də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti