ərəb. saida sözündəndir. Səidə qadın adı xoşbəxt, ağgünlü, bəxtəvər mənalarını ifadə edən Səid kişi adından (bax: ad – SƏİD) ənənəvi yolla yaranmışdır.
Keçən əsrdə populyar qadın adlarından olmuşdur. Səidə adı XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmışdır. Adın daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, səhv etmərik. Qeyd etmək lazımdır ki, çox vaxt ailələrdə Fərid, Nahidə, Aidə və Səidə adları qafiyə xatirinə qoyulmuşdur. Adın daşıyıcıları arasında Azərbaycanın Əməkdar Müəllimi, XX əsrdə qadın hüquqları uğrunda fəal mübariz Səidə İmanzadə də var (1910-1982). Səidə xanımın Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatları Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Safa adına -lı şəkilçisinin qoşulması ilə yaranmış şəxs adıdır.
Dilimizin antroponimik vahidlər sistemində müştərək şəxs adları sırasında olan Səfalı (bax: ad – SƏFA; LI4) zövq verən, mənzərəli, səfa bəxş edən, ürəkaçan, çox xoş, çox xoşagələn anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. safiya (əslində safiya) sözündəndir. Safiyə qadın adı təmiz, saf, xalis, həmçinin seçilmiş, seçkin anlamlarını ifadə edir.
XX əsrin əvvəllərindən dilimizin ahəng qanununa uyğun dəyişərək Səfiyə/Səfiyyə şəklinə düşmüşdür. Keçən əsrdə məişətimizdə geniş yayılmış, əsrin 70-ci illərindən dəbdən düşmüş Səfiyə/Səfiyyə qadın adının daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından türk tarixində validə sultan (sultan anası) titulunun daşıyıcısı Məlikə Safiyə Sultan (1550–1605) Osmanlı İmperiyasında mühüm rolu olan şəxslərdən biri kimi qalmışdır. Şərqdə adın geniş yayılması Məhəmməd Peyğəmbərin arvadının adının Səfiyə olması ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sakina (əslində sakina) sözündən olub, sükunət, sakitlik, dinclik mənasındadır.
Səkinə qadın adı türk dillərinin əksəriyyətində Sakinə, Sakine formasındadır. Azərbaycanda XX əsrin ortalarına qədər çox geniş yayılmış qadın adlarından olan Səkinə əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün Səkinə qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş Sükeynə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. salbi (əslində sarvi) cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağacın adıdır. Səlbi, əslində Sərvi qadın adı sərv ağacına bənzəyən anlamındadır.
Klassik ədəbiyyatda gözəlin boy-buxunu, qaməti sərv ağacına bənzədilir. Sərv boylu, sərv qamətli olmaq elə gözəl olmaq kimi anlaşılır. Bu səbəbdən klassik poeziyada ən çox rast gəlinən söz və ifadələr sırasındadır. Səlbi də, Səlvi də sözün təhrif olunmuş formalarından yaranmış qadın adıdır. Bu gün ad, əsasən, Səlbi formasında mövcuddur. Azərbaycan antroponimikasında Sərvi müstəqil qadın adı kimi deyil, Sərvinaz, Sərvigül kimi mürəkkəb qadın adlarının tərkibində komponent olaraq mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. salim (əslində silm, yaxud salim) sözündəndir. Səlimə qadın adı salamat, dinc, sakit, əmin, həmçinin xalis, təbii, səmimi mənasını ifadə edən Səlim kişi adından (bax: ad – SƏLİM) ənənəvi yolla yaranmışdır.
XX əsrdə məişətimizdə populyar qadın adları sırasında olan Səlimə qadın adı bu gün dəbdən düşmüşdür. Adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. salma sözündəndir. Türk antroponimik vahidlər sistemində mövcud Səlma qadın adı sağlam, sülh və barış mənalarını ifadə edir.
Ərəb dünyasında da, türk xalqlarında da geniş yayılmış qadın adlarındandır. Səlma Azərbaycanda keçən əsrin ortalarından dəbdən düşmüş qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti