Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏFİYƏ

ərəb. safiya (əslində safiya) sözündəndir. Safiyə qadın adı təmiz, saf, xalis, həmçinin seçilmiş, seçkin anlamlarını ifadə edir.

XX əsrin əvvəllərindən dilimizin ahəng qanununa uyğun dəyişərək Səfiyə/Səfiyyə şəklinə düşmüşdür. Keçən əsrdə məişətimizdə geniş yayılmış, əsrin 70-ci illərindən dəbdən düşmüş Səfiyə/Səfiyyə qadın adının daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından türk tarixində validə sultan (sultan anası) titulunun daşıyıcısı Məlikə Safiyə Sultan (1550–1605) Osmanlı İmperiyasında mühüm rolu olan şəxslərdən biri kimi qalmışdır. Şərqdə adın geniş yayılması Məhəmməd Peyğəmbərin arvadının adının Səfiyə olması ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti