Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏKİNƏ

ərəb. sakina (əslində sakina) sözündən olub, sükunət, sakitlik, dinclik mənasındadır.

Səkinə qadın adı türk dillərinin əksəriyyətində Sakinə, Sakine formasındadır. Azərbaycanda XX əsrin ortalarına qədər çox geniş yayılmış qadın adlarından olan Səkinə əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün Səkinə qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş Sükeynə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti