Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSEYNBALA ərəb.

mürəkkəb adların tərkibində işlənən Hüseyn və azərb.Bala adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Hüseynbala (bax: ad – HÜSEYN; BALA) kişi adı kiçik Hüseyn mənasındadır. M.Rahimin 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həmyerlimiz Hüseynbala Əliyevin müharibə meydanlarında igidliyini vəsf edən “Leninqrad göylərində” poeması adın məişətimizdə geniş yayılmasında mühüm rol olna- yan amillərdən olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSEYNƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Hüseyn Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Hüseynəli (bax: ad – HÜSEYN; ƏLİ) kişi adı görkəmli, yaraşıqlı Əli anlamındadır. Adın daşıyıcılarından olan Hüseynəli xan İrəvan xanlarından olmuşdur. İrəvan xanlığının tarixində Hüseynəli xanın hakimiyyəti 1762-1783-cü illərə təsadüf edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSEYNQULU ərəb.

mürəkkəb adların tərkibində işlənən Hüseyn Qulu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hüseynqulu (bax: ad – HÜSEYN; QULU) kişi adı Hüseynə yardımçı olan, Hüseynə xidmət göstərən mənalarını ifadə edir.

İrəvan xanlığının tarixində Hüseynqulu xanın xanlıq dövrü 1807-1828-ci illərə təsadüf edir. Adın daşıyıcıları arasında Azərbaycanda XX əsrin əvvəllərində xaq arasında musiqi irsinin təbliğində, yeni mahnı və nəğmələrin yazılması, xalq musiqilərimizin toplanması, not və qrammofon vallarının yazılması işində dövrünün fəal, fədakar mədəniyyət işçilərindən, milli teatrımızın tanınmış xadimlərindən olan Hüseynqulu Sarabski vətənpərvər ziyalılarımızdan olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSNİ ərəb.

hüsn sözündəndir (bax: HÜSN).

Müasir Azərbaycan dilində hüsn sözü ilə əlaqədar kifayət qədər ümumişlək ifadələr mövcuddur. Məsələn, Hüsnü gözal, Hüsnü-camalını görsaydin... və s. kimi ifadələr geniş yayılmışdır. Klassik ədəbiyyatda olduğu kimi, müasir şeirimizdə də çoxişlənən söz və ifadələr sırasındadır. Hüsni kişi adı gözəlliklə, gözəl görünüşlə əlaqədardır. Adın təhrif olunmuş forması Hüsni də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Hüsni kişi adından ənənəvi yolla yaranmış qadın adı Hüsniyə məişətimizdə daha geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti