mürəkkəb adların tərkibində işlənən gül sözü və ərəb. Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Güləli (bax: ad – GÜL; ƏLİ) kişi adı üstün olan Əli, təmiz niyyətli Əli mənalarını ifadə edir.
Adın təhrif olunmuş forması Gülalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Güləli bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən gül sözü və ərəb. Hasan adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Məlum olduğu kimi, Azərbaycan dilində gül (bax: ad – Gül) sözü bir neçə anlam ifadə edir. Gül sözünün işləndiyi kişi şəxs adlarında, əsasən, təmiz (niyyət), gözəl, əziz mənalarında olduğunu, Gülhəsən (bax: ad – GÜL; HƏSƏN) kişi adı gül qədər gözəl, göyçək Həsən anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən gül və azərb. malı sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Gülmalı (bax: ad – GÜL; MALI) kişi adı gülə sahib olan, gülün sahibi olan mənalarındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Gülmalı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən gül sözü və ərəb. Mahammad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Gülməhəmməd (bax: ad – GÜL; MƏHƏMMƏD) kişi adı istəkli, əziz olan Məhəmməd anlamındadır. Adın təhrif olunmuş formaları Gülməmməd, Gülmət də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Gül və Mirza adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Gülmirzə (bax: ad – GÜL; MİRZƏ) kişi adı əziz, istəkli Mirzə anlamını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Gülmirzə bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiGül... ilə başlayan kifayət qədər kişi və qadın adlarının şəxs adlarının əzizləmə və oxşama məzmunlu kiçiltmə formasıdır.
Sonradan müstəqil şəxs adı kimi rəsmiləşmiş Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Gülüş yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti