fövz sözündən olub, dilimizdə bacarıqla əlaqədar qurtuluş, zəfər, qalibiyyət, həmçinin əldə etməklə əlaqədar, malik olmaqla bağlı, üstün olmaqla əlaqədar anlamları ifadə edir.
Ərəb dünyasında olduğu kimi, türk xalqları arasında da geniş yayılmış antroponimlərdəndir. Fövzi kişi adı bacarığı sayəsində qalib olan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifuad sözündəndir. Fuad dilimizdə ürək, qəlb, könül mənasındadır.
Ümumiyyətlə, türk antroponimik vahidlər sistemində olduğu kimi, Şərqdə, ərəb dünyasında geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından Misir tarixində əvvəlcə sultan (1917-1922), sonradan Misir və Sudan kralı (1922-1936) Əhməd Fuad (1868-1936) islahatları ilə ölkə tarixində əhəmiyyətli rol oynamışdı. Adın daşıyıcılarından memar, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Fuad Əbdürrəhmanovun (1915-1971) Azərbaycan monumental heykəltəraşlıq sənətinin inkişafı və formalaşmasında böyük rolu olmuşdur. Bakıda və Gəncədə Nizaminin, Səməd Vurğunun, Buxarada İbn Sinanın, Düşənbədə Rudəkinin, Ulan-Batorda Suxe Batorun və Çoybalsanın ucaldılmış abidələri istedadlı sənətkarın gərgin əməyinin nəticəsidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifüzuli gərəksiz, yersiz, mənasız, eləcə də haqsız, qeyri-qanuni, özünə aid olmayan işlərlə məşğul olan, çoxdanışan, naqqal, həmçinin fəzilətli, mərifətli, elmli, ləyaqətli, çağırılmamış qonaq mənalarını ifadə edir.
Füzuli kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. Görkəmli Azərbaycan şairi, universal bilik sahibi, alim, filosof, hər şeydən əvvəl böyük söz ustadı Məhəmməd Füzulinin təxəllüsündən yaranmış ad XX əsrin otuzuncu illərindən etibarən məişətimizdə geniş yayılmışdır. Adın təhrif olunmuş forması Fizuli də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifatı ağıllı, bacarıqlı mənasında işlənmişdir.
Sonradan türk xalqlarının şifahi xalq yaradıcılığında ağıllı, fərasətli, zirək, çoxbilmiş anlamında qadın adı olaraq rast gəlinir. Azərbaycan nağıllarında da Fatı qadın adı (Fatı, Fatı qarı) bu günə qədər yaşayır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifatima sözü dilimizə hərfi tərcümədə ürəyin bir parçası, sinədən, ürəkdən qopmuş anlamını ifadə edir.
Fatimə qadın adı, demək olar ki, bütün izahlı lüğətlərdə süddən ayrılmış, döşdən kəsilmiş (əmizdirmənin bitməsi mənasında) kimi izah edilir. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Fatimə Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, sonradan imam Əli ilə ailə qurmuş kiçik qızının adı olmuşdur. Məlum olduğu kimi, Fatimə əz-Zəhra İslam tarixinə dörd mükəmməl qadından biri kimi düşmüşdır (Məryəm, Xədicə, fironun xanımı Asya da onlarla bir sıradadır). İslam dininə görə, Fatimə adının mənası qadının əsas funksiyasını – ana olmaq kimi şərəf işini bir daha xatırladır. Qadına bu adı verənlər də, yəqin ki, qız övladlarına əsl ana olmağı arzu etmişlər. Çünki dinimizdə qadın dünyaya sağlam övlad gətirib, onu sağlam böyüdəndən sonra Fatimə adını doğrultmuş olur. İslam dininə görə, ana, bir qadın üçün təsəvvür oluna bilən bütün üstün cəhətlər Fatimeyi-Zəhrada (s.ə.) cəmlənibmiş. O, adi bir qadın deyil, səmavi bir qadın, insanlığın bütün mənasında insan, qadınlığın bütün mənasında qadın olmuşdur. Din tarixində Fatimə çox kiçik və sadə evində İslam tarixinin aparıcı şəxsiyyətlərini tərbiyə edən qadın kimi qalmışdır. O, iki imamın (Həsən və Hüseyn) anası olmuşdur. Fatimənin Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra kimi doqquz adı məlumdur. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Dini mənbələrdə deyilir ki, Fatimə olmasaydı, möminlər ağası Əli üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı. Fatimə İslam dini bərqərar olandan məişətimizdə əsrlərdən bəri geniş yayılmış, bu günə qədər dəbdən düşməyən qadın adları sırasındadır. Qeyd etmək lazımdır ki, İslam tarixçilərinin əsərlərində Museyi ibn Cəfərin qızlarının da adı “Fatimə” olaraq qeyd edilmişdir (bəzi mənbələrdə Fatimeyi-Kübra (ə), Fatimeyi-Suğra (ə) və s.). Fatimə adı sovet dövründə bilərəkdən Fatma kimi təhrif edilmiş formada işlənmiş, sonradan rəsmi sənədlərdə də bu cür qeyd edilmişdir.Azərbaycan antroponimikasında adın işləndiyi Fatmabəyim (əslində Fatiməbəyim), Fatmanisə/Fatmansa (əslində Fatimənisə), Fatmaxanım (əslində Fatiməxanım) kimi mövcud mürəkkəb adlarda da ad bilərəkdən təhrif edilmişdir. Müstəqillik illərində ad yenidən Fatimə kimi rəsmiləşmişdir. 2013-cü ilin statistik məlumatlarına görə, bu il dünyaya gələn qız uşaqlarına ən çox Fatimə adı qoyulmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti