çapar (çapmaq feilindəndir) sözündəndir. Çapar sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Çapan, atsürən; 2. Vaxtilə hər hansı bir əmri, göstərişi, məktubu tez aparıb yerinə çatdıran işçi, qasid, müasir dildə poçtalyon; 3. Atlı mühafizəçi; 4. Xallı, çil-çil albinos; 5. Qayıq, barkas.
Çapar apelyativinin semantikasındakı səyirdən, sıçrayan, çapan və s. kimi igidlik çalarlı mənalar onun kişi adı olaraq formalaşmasına səbəb olmuşdur ki, bu da türk mənşəli kişi adları üçün xarakterikdir. Çapar kişi adı da sözün birinci mənası ilə bağlıdır. Dilimizdə çaparaq getmə, yəni tez yerinə çatma ifadəsi də çapar sözü ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiÇapay kişi adı ilə bağlı adətən belə məlumatlar əldə etmək olur: a) çapmaq feilinin kökündən və -ay şəkilçisindən düzəlib, “çapan, atsürən” deməkdir; b) tanınmış, məşhur, müdrik, şöhrətli mənasında olan “çab” və ay sözlərinin birləşməsindən yaranmışdır və s. Bu izahlar bəlkə də inandırıcı görünə bilər.
Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, XX əsrin iyirminci illərinə qədər Azərbaycanda belə ad olmamışdır. Əsasən otuzuncu illərdən etibarən dünyaya gələn oğlan övladlara verilən Çapay adı əllinci illərdən etibarən nəzərəçarpacaq dərəcədə azalmışdır. Bir məsələyə fikir vermək lazımdır ki, ötən əsrin iyirminci illərindən soyadların sonluqları kütləvi şəkildə -ov, -yev şəkilçiləri ilə əvəz edildi. Əgər bu qayda ilə Çapay adının sonuna -yev şəkilçisi artırılarsa, Çapayev soyadı yaranar. Bir məsələ də məlumdur ki, sovet hakimiyyətinin ilk illərində valideynlər yeni doğulmuş körpələrinə bolşevik hərəkatının liderlərinin adlarını verirdilər. Məsələn, Feliks (Dzerjinskinin adı), Voroşilov (soyad olsa da, ad olaraq verilirdi) və s. Çox ehtimal ki, Çapay şəxs adı da yuxarıda qeyd etdiyimiz şəkildə yaranmışdır və rus dilindən keçmə adlardandır. Bu ehtimalı təsdiq edən bir fakt da görkəmli Azərbaycan şairi S.Rüstəmin zamanında həddən artıq məşhur, orta və yaşlı nəslin xatirindən bu gün də çıxmayan, bolşevik hərəkatının fəallarından olmuş, ağqvardiyaçılara amansız divan tutmağı ilə şöhrəti yeni yaranan sovet dövlətinin hər yerinə yayılmış Çapayevi mədh edən “Çapayev” şeiridir (orta məktəb dərsliyinə salınmış şeirlərdən idi). Dediklərimizi təsdiq etmək üçün şeirdən bir neçə sətrə nəzər salmaq kifayətdir:
Çapay keçir hücuma, Yel kimi cuma-cuma...
Çap çaylardan, Çapayım, Doğsun günaçim, ayım.
Beləliklə, nümunədən də aydın görünür ki, Çapay kişi adı XX əsrin əvvəllərində bolşevik hərəkatının fəallarından olmuş Çapayevin adı ilə əlaqədardır. Məişətimizə XX əsrin iyirminci illərindən daxil olmuş Çapay əsrin sonlarında dəbdən düşmüş kişi adlarındandır. Adın daşıyıcılarından geologiyamineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Çapay Sultanov (1936) həm də Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvüdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçavuç sözü karvana, yol gedən yolçu dəstəsinə yol göstərən, dəstəyə, bölüyə rəhbərlik edən, karvan başçısı, karvanın başında duran şəxs, carçı, orduda çavuş (dilimizdə sovet rejimi zamanı rus kəlməsi serjant işlədilmişdir), dəniz donanmasında çavuş (rus kəlməsi starşina), fəhlələrin başında duran şəxs, baş fəhlə mənalarını ifadə edir.
Vaxtilə Osmanlı sarayında padşahların yavəri kimi fəaliyyət göstərən şəxslərə çavuş deyilmişdir. Çin qaynaqlarında göstərilir ki, 735-737-ci illərdə Çin sarayına göytürklər tərəfindən еlçi sifəti ilə göndərilən şəхs “çavuş” adlanırmış. Elmi ədəbiyyatda “çavuş” vahidi də “Kitabi-Dədə Qorqud” dastanlarında mövcud olmuş titullar siyahısına daxil edilmiş, qeyd edilmişdir ki, çavuş da onbaşı, yüzbaşı, minbaşı və s. kimi vəzifə funksiyalı tituldur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Çavuş da bu qəbildən olan kişi adları sırasındadır. Çavuş əslində kiçik funksiyalı titullardan olmuşdur. Bir sıra lüğətlərdə nəzarətçi, qapıçı, gözətçi və s. kimi mənalar ifadə etməsi barədə məlumatlara rast gəlinir. Tədqiqatlarda türk dillərində olan “çav” feilindən düzəlməsi barədə məlumatlar da mövcuddur. Çavuş kişi adı bölük başçısı, bölüyə rəhbərlik edən anlamlarındadır. Çavuş bu gün dilimizdə arxaikləşmiş şəxs adları sırasındadır. Lakin qərb dialektində çoyuç formasında yaşamaqdadır. Bəzi lüğətlərdə heç bir şərh verilmədən fars mənşəli olması barədə fikirlərə rast gəlinir. Aərbaycanda yeni dövlət quruculuğu ilə əlaqədar çavuş zabitdən aşağı, kiçik komandir funksiyalı hərbi ad kimi yenidən bərpa olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçay (təbii su axını) sözünə -lar kəmiyyət şəkilçisinin birləşməsi ilə yaranmışdır.
Azərbaycan antroponimikasında bu yolla düzələn oğlan adları da, qız adları da mövcuddur. Məsələn, Xanlar (bax: ad – XANLAR), Şahlar (bax: ad – ŞAHLAR), Bəylər (bax: ad – BƏYLƏR), Güllər (bax: ad – GÜLLƏR), Tellər (bax: ad – TEL- LƏR) və s.). Çaylar kişi adı çay kimi coşqun mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçelep sözündəndir. Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Allah, Tanrı mənasındadır; 2. Cənab, ağa, bəy, mövla; 3. Tərbiyəli, mərifətli, savadlı; 4. Gözəl görünən, cazibədar, şıq görünən.
Mənbələrdə türk tayfalarından birinin adı olduğu barədə məlumatlar vardır. Osmanlı dövlətinin ilk dövrlərində şahzadələrin, mövlana nəslindən olanların, bir çox alimlərin çələbi titulu daşıdığı məlumdur. Rus dilçiliyində də etnonim olması barədə fikirlər mövcuddur. Hətta rus dilçiliyində Rusiyanın Ural vilayətində yerləşən Çelyabinsk şəhərinin adı da çələbi etnonimi ilə əlaqələndirilir. Azərbaycanda da Çələbi qədim kişi adlarından hesab edilir. XVI əsrdə şəxs adı kimi mövcud olmuşdur. Azərbaycan şairi Qasım Ənvərin dediyinə görə, çələbi sözü sufi təriqətində sevilmiş (hamı tərəfindən), yəni Allah anlamını ifadə edir. Lakin “Xülaseyi-Abbasi”də bu söz yazıçı, şair, bilici və buna yaxın mənalarda göstərilmişdir. V.Radlovun lüğətində çələbi osmanlı və cığatay dillərinə aid edilir. Adın daşıyıcılarından görkəmli siyasi xadim və istedadlı sərkərdə Hacı Çələbi xan (?-1755) tarixə müstəqil Şəki xanlığının yaradıcısı kimi daxil olmuşdur. XVIII əsrdə Şəkiyə hücum edən Nadir şaha ciddi müqavimət göstərmiş, gürcü hakimlərinin Azərbaycan torpaqlarını istila etməsinin qarşısını almış, igidlikləri ilə yadda qalmış tarixi şəxsiyyətlərdəndir. Türkiyədə Çələbi adını daşıyan bir çox məşhur şəxsiyyətlər olmuşdur. Məsələn, XVII əsrin məşhur səyyahı Övliya Çələbi, alim Katib Çələbi, XV əsrdə yaşayıb-yaratmış şairlər Süleyman Çələbi, Cəfər Çələbi və b. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Çələbi bu gün yalnız soyadlarda yaşayan şəxs adları sırasındadır. Çələbi kişi adından formalaşmış soyadların kifayət qədər olması məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. türk dilində çərkəz sözü (çərqəs, çerkeslik, çarkes) qənaət, qənaət etmək, əmələ gətirmək, həmçinin sıraya düzülmək, cərgəyə durmaq, osetin dilində isə qartal anlamını ifadə edir.
Məlum olduğu kimi, Çərkəz kişi adı Qaraçay-Çərkəz Muxtar Vilayətində yaşayan xalqlardan birinin adındandır. Şimali Qafqazda yaşayan qədim xalqlardan olan çərkəzlər (adıgeylər) Şimal-Qərbi Qafqazın ən qədim və əhalisinin sayına görə üstün- lük təşkil edən sakinlərindən olmuşdur. Çərkəz etnonimi XIII əsrdən adıgey xalqının adını ifadə edir. Rusca: çerkes, türkcə çarkes və s. Avropa və rus mənbələrində XV–XIX əsrlərdən etibarən çərkəz etnoniminə rast gəlinir. Tarixdən məlumdur ki, orta əsrlərdə çərkəzlər Şimali Qafqazda xüsusi siyasi nüfuza malik idilər. Beynəlxalq münasibətlərdə tamhüquqlu subyekt kimi çıxış edən çərkəzlər Qafqazda, Krım xanlığında, Rusiyada, Böyük Litva knyazlığında, Polşa krallığında, Osmanlı imperiyasnda mühüm əlaqələrə malik idilər. XIX əsrdə artıq çərkəzlər – adıgeylər Şimali Qafqazda digər xalqlara təsir etmək gücünə malik, eyni zamanda əhalisinin sayına görə öndə gedən xalqlardan birinə çevrilmişdilər. Öz çoxəsrlik tarixi boyu çərkəzləradıgeylər bir çox xalqlarla qarşılıqlı ünsiyyətdə olmuşlar. Artıq bu gün nisbətən azsaylı, lakin kifayət qədər tanınmış xalq olan çərkəzlər Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsində mühüm rol oynamışlar. Məlum olduğu kimi, çərkəz xalqının tarixində Rus–Qafqaz müharibəsi silinməz iz buraxmışdır. Çoxlu insan tələfatına səbəb olmuş bu müharibə dağlıların əsrlər boyu əldə etdikləri iqtisadi və mədəni nailiyyətlərini tamamilə məhv etmişdi. Müharibə zamanı əhalinin əksər hissəsi Qafqazı tərk etmək məcburiyyəti qarşısında qaldı. Yüz minlərlə insan Osmanlı imperiyasına sığınmış, qalanları isə rus üsuli-idarəsinin göstərişi əsasında yerləşdirilmişdi. Əhalinin təxminən yarısı Türkiyəyə deportasiya zamanı faciəli surətdə həlak olmuşdu. Çərkəzlərin cəmi on faizi öz doğma vətənində qala bilmişdi, qalanları müxtəlif bəhanələrlə sürgün edilmişdi. Çərkəz kişilərin igidliyi ad çıxardığından ata-babalarımız övladlarına bu adı verərkən “igid” mənasını nəzərdə tutmuşlar. Çərkəz adının təhrif olunmuş forması Çərkəs də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçıraq (əslində çerağ) sözü hər cür işıqlandırıcı cihaz, yəni qara çıraqdan başlamış lampa, fənər, nəhayət, çilçıraq anlamlarını ifadə edir. İşıq, ziya, nur kimi məcazi mənalarda da işlənir.
Müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olmasa da, çıraq sözü ilə əlaqədar dilimizdə kifayət qədər aforizmlər, deyimlər, atalar sözləri vardır. Məsələn, Evinin çırağı sönmasin; Görmamiçin gündüz çıraq yandırmağına döndü; Zalım düçman Qara- bağda çırağımızı söndürdü və s. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Çıraq bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiÇinar adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimik vahidlər sistemində xalqımızın estetik görüşləri ilə bağlı adlar sırasında olan Çinarxan (bax: ad – ÇİNAR; XAN) kişi adı Çinar xan mənasındadır. El arasında çox zaman uca qamətinə, gözəl görünüşünə görə çinar ağacına çox vaxt xan çinar da deyilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçingiz-tenqiz-tanqiz sözləri eyniköklü sözlər olub dəniz anlamındadır.
Lakin bir məsələni qeyd etmək lazımdır ki, araşdırmalarda sözün mənşəyi və mənası haqqında müxtəlif mübahisəli məsələlər mövcuddur və günümüzdə də bu mübahisələrə son qoyulmamışdır. Tengiz (bax: ad – TENGİZ) şəxs adına hələ oğuznamələrdə rast gəlinir. Çingiz kişi adı Azərbaycan antroponimikasında titullardan yaranmış şəxs adları sırasındadır. Məlum olduğu kimi, Çingiz xan orta əsrlərdə qüdrətli tatar-monqol imperiyasının banisi olmuşdur. Əsl adı Timuçin olan imperator 1026-cı ildə Çingiz xan rəsmi titulu ilə təltif edilmişdir. Bu titulun adı bütün mənbələrdə, hətta türk-monqol imperiyasının tarixini tədqiq edən monqol alimlərinin tədqiqatlarında da “xanlar xanı, ulu xaqan, böyük xaqan, qüdrətli xan” kimi tərcümə edilsə də, etimologiyası haqqında hələ də dəqiq məlumat yoxdur. Bir sıra tədqiqatçılar Azərbaycanda da bu fikrə birmənalı yanaşmırlar. Belə ki, Çingiz antroponiminin Çingiz¬- Tenqiz¬Tənqiz¬Tengiz kimi formalaşdığını əsaslandıranlar titulun əsasında Tengiz – “dəniz” sözünün dayandığını ehtimal edirlər. Qeyd etmək lazımdır ki, ömrü at belində, düzəngahlarda keçən monqollar üçün dəniz qüdrət təcəssümü olmuşdur. Çünki dənizin keçilməsi çox çətin olduğundan, bəzən döyüşdən qələbə ilə qayıdan qüvvətli orduların dənizdə fırtınalar qarşısında aciz qalması, hətta dalğaların insanların həyatını belə ala bilməsi ona dəhşətli, dəf edilməsi mümkün olmayan bir qüvvə kimi baxmağa, hətta ona baş əyməyə də səbəb olmuşdu. Bu, monqolların öz sərkərdələrini “Dəniz xan” titulu ilə təltif etmələri üçün əsas ola bilərdi. Çingiz adının türklərin “teniz”, dilimizdə “dəniz” mənasında olması ilə razılaşan alimlərin sayının kifayət qədər olması belə deməyə əsas verir ki, Çingiz “dəniz” deməkdir. Bəziləri adın mənası ilə əlaqədar belə fikirdədirlər ki, Çingiz türk dilində olan “teniz” və yaxud “tengiz” sözündən olub, okean, dəniz mənasındadır, bəziləri isə monqolca amansız anlamını ifadə edən çinkis sözündən olduğu barədə fikirlər irəli sürürlər. Bəzi tədqiqatlarda monqol dilində böyük, nəhəng, güclü, qüvvətli, yorulmaz, dönməz mənasını ifadə edən “çink” sözünün cəmi və çin dilində olan “tien-tsze”, yəni göylər, səmalar oğlu mənasında olduğu barədə də fikirlər mövcuddur. Bircə o dəqiqdir ki, Çingiz antroponimi qüdrətli çin-monqol imperiyasının başçısı Cingizin adı ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiÇingiz adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz şəxs adı türk-monqol imperiyasının başçısı Çingizin adı ilə əlaqədardır. Çingiz rəsmi olaraq xan titulu almışdı. Çingizxan kişi adı da bu titulla əlaqədardır, Çingiz xan anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiÇoban adı 1344-1358-ci illərdə hakimiyyətdə olmuş Çobanilər sülaləsinin adı ilə əlaqədar antroponimdir. Çox qədim dövrlərdən bugünümüzə gəlib çıxan adlardandır.
Bir sıra lüğətlərdə adın çoban sözündən, yəni mal-heyvan sürülərini otarmaq, naxırı güdməklə məşğul olan peşə sahibinin adından olması ilə bağlı izahına da rast gəlinir. Mənbələrdə çoban sözünün qədim “Avesta” dilində heyvanların qoruyucusu anlamını ifadə edən fsunana sözündən olması ilə bağlı məlumatlar da mövcuddur. Mahmud Kaşğarinin “Divanü-Lüğət it-Türk” əsərində çoban sözü kəndxudanın, kənd ağsaqqalının köməkçisi kimi izah edilir. Bu gün Çoban adı Azərbaycan antroponimikasında köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adlarından hesab edilir. Azərbaycanda Çobanov, Çobanzadə, Çobanoğlu soyadlarına kifayət qədər rast gəlinir. Xalq arasında əldə çomaqla oynanılan “Çobanı” adlı çox cəld rəqs havası bu gün də el şənliklərində sevilə-sevilə ifa olunur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti