qəd. türk dilində çərkəz sözü (çərqəs, çerkeslik, çarkes) qənaət, qənaət etmək, əmələ gətirmək, həmçinin sıraya düzülmək, cərgəyə durmaq, osetin dilində isə qartal anlamını ifadə edir.
Məlum olduğu kimi, Çərkəz kişi adı Qaraçay-Çərkəz Muxtar Vilayətində yaşayan xalqlardan birinin adındandır. Şimali Qafqazda yaşayan qədim xalqlardan olan çərkəzlər (adıgeylər) Şimal-Qərbi Qafqazın ən qədim və əhalisinin sayına görə üstün- lük təşkil edən sakinlərindən olmuşdur. Çərkəz etnonimi XIII əsrdən adıgey xalqının adını ifadə edir. Rusca: çerkes, türkcə çarkes və s. Avropa və rus mənbələrində XV–XIX əsrlərdən etibarən çərkəz etnoniminə rast gəlinir. Tarixdən məlumdur ki, orta əsrlərdə çərkəzlər Şimali Qafqazda xüsusi siyasi nüfuza malik idilər. Beynəlxalq münasibətlərdə tamhüquqlu subyekt kimi çıxış edən çərkəzlər Qafqazda, Krım xanlığında, Rusiyada, Böyük Litva knyazlığında, Polşa krallığında, Osmanlı imperiyasnda mühüm əlaqələrə malik idilər. XIX əsrdə artıq çərkəzlər – adıgeylər Şimali Qafqazda digər xalqlara təsir etmək gücünə malik, eyni zamanda əhalisinin sayına görə öndə gedən xalqlardan birinə çevrilmişdilər. Öz çoxəsrlik tarixi boyu çərkəzləradıgeylər bir çox xalqlarla qarşılıqlı ünsiyyətdə olmuşlar. Artıq bu gün nisbətən azsaylı, lakin kifayət qədər tanınmış xalq olan çərkəzlər Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsində mühüm rol oynamışlar. Məlum olduğu kimi, çərkəz xalqının tarixində Rus–Qafqaz müharibəsi silinməz iz buraxmışdır. Çoxlu insan tələfatına səbəb olmuş bu müharibə dağlıların əsrlər boyu əldə etdikləri iqtisadi və mədəni nailiyyətlərini tamamilə məhv etmişdi. Müharibə zamanı əhalinin əksər hissəsi Qafqazı tərk etmək məcburiyyəti qarşısında qaldı. Yüz minlərlə insan Osmanlı imperiyasına sığınmış, qalanları isə rus üsuli-idarəsinin göstərişi əsasında yerləşdirilmişdi. Əhalinin təxminən yarısı Türkiyəyə deportasiya zamanı faciəli surətdə həlak olmuşdu. Çərkəzlərin cəmi on faizi öz doğma vətənində qala bilmişdi, qalanları müxtəlif bəhanələrlə sürgün edilmişdi. Çərkəz kişilərin igidliyi ad çıxardığından ata-babalarımız övladlarına bu adı verərkən “igid” mənasını nəzərdə tutmuşlar. Çərkəz adının təhrif olunmuş forması Çərkəs də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti