►Ölkə içərisində xarici dövlətlərə xidmət edərək hər an təhlükə törədə bilən qruplara, casuslara, gizli agentlərə aid edilən ifadə.
İfadə XX əsrin 30-cu illərinin sonlarında İspaniyada başlamış vətəndaş müharibəsi illərində yaranmışdır.
«Beşinci kolon» general Frankonun 1936–1939-cu illərdə İspaniya Respublikasında vətəndaş müharibəsi zamanı fəaliyyət göstərən casusluq təşkilatının adıdır. Hazırda bu termin altında geniş mənada düşmənin istənilən məxfi casusu (təxribatçılar, casuslar, terrorçular, təhrikçilər) başa düşülür.
«Beşinci kolon» termininin müəllifi vətəndaş müharibəsi zamanı frankoçular ordusuna başçılıq edən general Emilio Mola hesab edilir. O, 1936-cı il oktyabrın əvvəllərində Madridə hücumu zamanı paytaxt sakinlərinə radio vasitəsilə müraciətində həvaləsindəki dörd ordu kolonundan savayı, Madridin özündə yerləşən və həlledici məqamda daxildən zərbə endirəcək beşinci kolonun da onun ixtiyarında və əmrə müntəzir dayandığını bildirmişdi.
«Beşinci kolon» vahimə yayır, təxribatla, casusluqla məşğul olurdu. Buna görə də E.Mola jurnalistlər qarşısında lovğalanaraq şəhərin tezliklə təslim olacağını bildirirdi. O rəhbərlik etdiyi dörd dəstənin Madridə doğru irəlilədiyini və lazım olan vaxt şəhərdə Frankoya rəğbət bəsləyənlərdən ibarət beşinci dəstənin də hərəkətə keçəcəyini bəyan edirdi. Lakin Mola səhv edirdi. Beşinci dəstə ya orada yox idi, ya da ki hərəkətə keçmədi. Madrid hələ iki il yarım üsyançılara müqavimət göstərdi. «Beşinci dəstə» kəlamı isə «arxada düşmənlə gizlicə əlbir olan, ona rəğbət bəsləyən satqın qrup» mənasında dilə düşdü.
H.Tomasın fikrincə, E.Moladan bir neçə həftə öncə bu ifadəni baron Sent-Osvald işlətmişdir. O dövrdə İspaniyada müxbir işləyən E.Nolte özünün «Faşizm onun dövründə» adlı kitabında bu söz birləşməsinin tarixini Mussolini ilə bağlayır. Belə ki, Mussolini hələ I Dünya müharibəsi zamanı Almaniyanın Mərkəzi Dövlətlər İttifaqı rəqiblərinin arxa cəbhəsində yaratdığı «beşinci kolon»dan bəhs etmişdi.
Məsəllər, deyimlər►Elm adamlarının, intellektualların, ixtiraçıların və yaradıcı şəxslərin bir ölkədən başqasına – daha inkişaf etmiş yerə kütləvi mühacirətini bildirən ifadə.
İfadə ingilis dilindəki «brain drain» leksik vahidinin qarşılığı kimi dünyanın bir çox dillərində işlənməkdədir.
II Dünya müharibəsindən (1939–1945) sonra dövriyyəyə daxil olmuş bu ifadə bir başqa dövlətdə baş verən xoşagəlməz proseslər (çaxnaşma, siyasi təzyiq, iqtisadi çətinlik və s.) səbəbindən intellektual şəxslərin başqa qabaqcıl ölkələrdə daha yaxşı iş imkanları və ya daha yaxşı həyat şəraiti axtardığını bildirir.
Beyin axını zamanı ölkə intellektualları, istedadları, ən yaxşı peşəkar mütəxəssislərini itirir. Yəni insanlar köçüb gedəndə onların ölkəsinə iki səbəbdən ciddi zərər dəyir: birincisi, hər mühacirlə ölkə bir mütəxəssis itirir, bu isə həmin peşə imkanlarının azalmasına səbəb olur, ikincisi, ölkəyə iqtisadi ziyan dəyir, çünki hər bir yüksək səviyyəli mütəxəssis onun büdcəsinin artmasına müəyyən töhfə verir. Hazırda beyin axınından ən çox udan ölkə ABŞ hesab olunur.
İfadə, adətən, kompüter proqramçıları, həkimlər, alimlər, mühəndislər və maliyyə mütəxəssislərinin mühacirətini təsvir etmək üçün işlədilir.
Məsəllər, deyimlər►Hədsiz dərəcədə hirslənmək, hövsələdən çıxmaq, hiddətlənmək.
İfadə insan beyninin təbiəti haqqında tibbi biliklərdən qaynaqlanmışdır.
Heyvanların vә habelә insanların beynindә qurd olması təbabətdə onunla izah edilir ki, bəzi milçәklәr (göyünlәr, mozalanlar), әsasən, heyvanların burun boşluğuna yumurta qoyur ki, bu yumurtalardan çıxan sürfә (qurd) oradan beyinә keçir. Beyninә qurd düşmüş heyvanlarda yerindә fırlanma, başgicәllәnmә, çapalama halları müşaһidә edilir. İfadәnin mәcazi mәnası da buradan törәyib: gözlənilmәz һәrәkәt edәn adam һaqqında «beyninin qurdu tәrpәnib» deyirlәr.
İbn Sina һaqqında yayılmış xalq rәvayәtlərinin birindә deyilir ki, tәlәbәsinin müvәffәqiyyәtlərini görәn paxıl müәllim daha İbn Sinanı yaxına buraxmır, müalicәsini ondan xәlvәt aparır. Bu müәllim bir dәfә beyninә qurd düşmüş bir şәxsin beyin qapağını çıxarır, maqqaşı әlinә alıb beyindәki qurdu qoparmaq istәyir. Müәlliminin hәrәkәtlәrini gizlicә izlәyәn İbn Sina qışqırır: «Ustad, maqqaşı qızdır ki, qurdu yandırıb öldürsün, yoxsa beyin pərdәsi dә zәdәlәnә bilәr».
Dilimizdə bu ifadə ilə eyni mənanı bildirən «qurdları oyanmaq», «keçiləri gəlmək», «cin atına minmək», «cinlənmək», «özündən çıxmaq» kimi deyimlər də geniş yayılıb.
Məsəllər, deyimlər►Bəxtin gətirməyini, murada çatmağın rəmzini bildirmək üçün işlədilən ifadə.
İfadə qədim xalqların insan taleyi ilə göy cisimləri arasında müəyyən bağlılığın olması haqqında yanlış təsəvvürlərindən qaynaqlanaraq yayılmışdır.
Qәdimdә vә orta әsrlәrdә Şәrqdə (sonralar isә Qәrbi Avropada da) saxta nücum elmi mövcud olmuşdur. Bu elmin təmsilçiləri olan münәccimlәr sәma cisimlәrinin (planet vә ulduzların) vәziyyətinә әsasәn fal açır vә insan taleyini әvvәlcәdәn xәbәr verirdilәr. «Hәr kәsin göydә bir ulduzu var» deyәn münәccimlәr insan doğulandan sәma cisimlәrinin vәziyyәtini göstәrən xüsusi cәdvәllәr tuturdular. Bu cәdvәllәr vasitәsilә adamların vә bir sıra hadisәlәrin gәlәcәyini guya müәyyən edә bilirdilәr.
Bu ifadә, habelә «ulduzu sönmәk», «ulduzu parlamaq», «ulduzu barışmaq», «uğurlu ulduz altında doğulmaq» vә bu kimi ifadәlәr bununla әlaqәdar yaranmışdır. İnsan taleyini qabaqcadan xәbәr vermәk üçün münәccimlәr ulduzların hәrәkətini diqqәtlә öyrənmәli idilәr. Hətta bir sıra mәşhur alimlәr dә (mәsәlən: XVI әsrdә Kepler, Tixo Braqe vә b.) bu «elmlә» məşğul olmuşlar.
Məsəllər, deyimlər►Bəxtini, taleyini sınamaq, qismətini yoxlamaq.
İfadə qədimdə mövcud olmuş inanclarla bağlı yaranmışdır.
Bəzi məxəzlərə görə, qədim insanlar ova getməzdən əvvəl ovlayacaqları heyvanın rəsmini çəkib müəyyən məsafədən həmin şəklə ox atarlarmış. İlk zamanlar daha çox adət, vərdiş, ustalıq məqsədi daşıyan bu hərəkət tədricən rəmzi, mistik, sehrkarlıq keyfiyyəti qazanıb. Burada hətta maqnetizmin müəyyən əlamətləri özünü göstərir.
Qədim zamanlarda, adətәn, gənclәr ox atar, ox hara düşsә, oradan evlənər və orada ev qurardılar. Habelә ev, ocaq ilahәsinə ox atıb bəxti sınayardılar. Bir çox xalqlarda ocaq, ev qadın timsalında tәsәvvür edilirdi ki, bu hal matriarxat hәyat tәrzi ilә әlaqәdar idi. İbtidai qәbilә quruluşunun qalığı olan ocaq kultu qədim yunanlarda da mövcud olmuşdu. Orada müqәddәs ocaq ilahәsi Hestiya hesab edilirdi.
Görünür ki, qәdimlәrdә atılan oxun nişana, hədəfə dәymәmәsi olduqca mәnfi qiymәtlәndirilib şəxsin qabiliyyәtsizliyini әks etdirirdi. Odur ki tarixən dilimizdəki «oxu boşa çıxmaq», «oxu daşa dәymәk» ifadələri «bәxti, taleyi gәtirmәmәk» mәnasını kәsb edib.
Məsəllər, deyimlər►Əldən çıxmış qiymətli bir şeyin, vəzifənin, mal-mülkün bir gün mütləq geri qaytarılacağına inanan adamlara eyhamla deyilən və istehza bildirən ifadə.
İfadə Mirzə Cəlilin ilk dəfə «Yeni yol» qəzetində dərc olunmuş eyniadlı hekayəsindәn sonra geniş yayılmışdır.
Hekayə sovet hakimiyyəti qurulandan sonra var-dövləti, malı-mülkü əllәrindən çıxmış bir qrup milyonçunun hər gün bir yerə toplaşıb ötən günlərin yenidən qayıdacağı ümidi ilə yaşamalarından bəhs edir. Hekayənin qəhrəmanları tezliklə sovet hökumətinin dağılacağını və yenidən mal-mülk sahibi olacaqlarını düşünür, «bəlkə də, qaytardılar» deyib təsəlli tapırlar. Elə o vaxtdan da bu deyim zərbi-məsəl kimi dilimizdə yaşamaq hüququ qazanıb.
Dilimizdə bu ifadə ilə eyni məna kəsb edən «Ac toyuq yuxusunda darı görər», «Yaz gələr, yonca bitər» kimi zərbi-məsəllər də vardır.
Məsəllər, deyimlər►Tədbirli olmağın, ehtiyatlı davranmağın vacibliyini bildirən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanmışdır.
Bir gün bağda oynayan uşaqlar Mollaya sataşmaq və onun başmaqlarını oğurlamaq məqsədilə ondan ağaca dırmaşmağı xahiş edirlər. Uşaqların hiyləsini başa düşən Molla başmaqlarını qurşağına keçirib ağaca dırmaşmağa başlayır.
Öz hiylələrinin baş tutmadığını görən uşaqlar Molladan soruşurlar:
– Ay Molla, bəs bu başmaqları hara aparırsan, qoy burada qalsın, düşüb geyərsən!
Molla mənalı-mənalı gülümsəyərək cavab verir:
– Yox, qadan alım, qoy götürüm, kim bilir, bəlkə, oradan da yolum o yana düşdü, ehtiyat yaxşı şeydir.
Məsəl ən çox ehtiyatlı olmağı, işini etibarlı tutmağı təlqin edir. Azərbaycanda bu ifadə ilə səsləşən «ehtiyat igidin yaraşığıdır» zərbi-məsəli də vardır.
Məsəllər, deyimlər►Qarşı tərəfin bir şeylə bağlı irəli sürdüyü hər hansı ehtimalla razılaşmamağı bildirən ifadə.
Adətәn, mükalimədə işlədilən ifadə maraqlı bir «söz oyunu» əsasında meydana çıxmışdır.
Burada «bəlgə» leksik vahidi «bəlkə» sözü ilə əvəzlənib. «Bəlgə» əkinlərin arasında boş qalan, əkilməyən yer hüdudunu bildirən nişan deməkdir. Bu yer tapdandığı üçün əkilsə də, heç nə bitməz. Ona görə də ilkin olaraq «bәlgә yerini әkiblәr, bitməyib» ifadəsi yaranıb. Sonradan «bәlgә» sözü «bәlkә» ilә әvәzlәnib.
İfadә tәdricәn ümumilәşdiyi üçün buradakı «bəlkә» sözünün әvәzinә ehtimal, şübhә bildirәn başqa dil vahidlәri dә işlәnmәyә başlayıb.
Məsəllər, deyimlər►Böyük alicənablığın və var-dövlətin rəmzi kimi işlədilən ifadə.
İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.
Yunan əsatirlərinə görə, Kronosun oğlu körpə Zevs qaranlıq mağaraya salınır və aclıqla ölümə məhkum edilir. Lakin Amalfeya keçisi onu öz südü ilə yedizdirir və aclıqdan xilas edir. Sonralar baş ilah (tanrı) olan Zevs Amalfeyaya minnətdarlıq əlaməti kimi onu səmaya qaldırır və müqəddəs heyvanlara xidmətçi vəzifəsinə təyin edir. Səmaya gedən yolda keçinin buynuzu sınır, lakin Zevs yeni möcüzə yaradaraq həmin buynuzu qızıla çevirir və Krit şahı Melissin qızlarına hədiyyə edir.
Rəvayətə görə, qızıl buynuz kimdə olurdusa, onun bütün arzularını yerinə yetirirdi. Ona görə də həmin buynuz sonsuz var-dövlətin rəmzinə çevrilmişdi.
Məsəllər, deyimlər►Böyük pullardan söhbət getdiyi halda kasıbın öz halal haqqı olan kiçicik bir məbləği ala bilmədiyinə işarə ilə işlədilən ifadə.
Dillər əzbəri olan bu ifadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» operettasından qaynaqlanır.
Gülnazı görmək istəyən Məşədi İbad hasardan boylanmaq üçün bir abbasıya hambal tutub onun belinə çıxır. Qızı kasıb tələbə Sərvərlə birlikdə görən Məşədi İbad hirsindən ayağının altındakı hambalı təpikləməyə başlayır. Bundan sonra hambal belinin şikəst olduğunu əsas gətirib Məşədi İbaddan əlavə bir abbası da tələb edir, lakin xəsis tacir ona pul vermir. Əsərboyu Həsən bəy, Rza bəy, qoçu Əsgər və başqaları Məşədi İbaddan pul aldıqca hambal hər dəfə təkrar edir: «A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan!»
O vaxtdan etibarən zərbi-məsələ çevrilmiş bu deyim haqsızlıq olan yerdə kasıb, sadə adamın öz haqqını ala bilmədiyini ifadə edir. İstər el arasında, istərsə də ədəbiyyatda və publisistikada bu ifadədən geniş istifadə olunur.
Məsəllər, deyimlər►Yarımçıq qərar verib bununla da öz işini bitmiş sayan, qərarın həyata keçəcəyinin real olub-olmadığına məhəl qoymayan adamlarla bağlı mənfi çalarda işlədilən ifadə.
Məsəl el arasında yayılmış maraqlı bir rəvayətlə bağlıdır.
Bir gün siçanlar toplaşıb pişiyin zülmündən xilas olmaq məsələsini müzakirə edirlər. Çox götür-qoydan sonra belə qərara gəlirlər ki, bir üsulla pişiyin yaxınlaşdığını əvvəlcədən müəyyən edə bilsələr, onun əlindən qaçıb qurtarmaq asan olar. Bunun üçünsə bir böyük zınqırov tapıb pişiyin boynundan asmaq kifayətdir, siçanlar uzaqdan zınqırovun səsini eşidən kimi pişiyin gəldiyini duyub gizlənə bilərlər.
Bu qərarı yekdilliklə bəyənib, qəbul edib arxayınlaşan siçanlardan biri qəflətən öz yoldaşlarına deyir:
– Ay qardaşlar, qəbul etdiyimiz qərar çox yaxşı qərardır, amma bir şey məlum deyil: bəs zınqırovu pişiyin boynundan kim asacaq?
Bu el deyimi müəyyən bir qərar qəbul edərkən söz deyib təklif verməklə öz vəzifəsini bitmiş hesab edən, lakin işin reallığını nəzərə almayan adamlar barədə deyilib.
Ümumiyyətlə, «zınqırov bağlamaq» üsulundan ta qədimlərdən müxtəlif məqsədlər üçün istifadə ediblər; məsələn, maldarlar heyvanların boynuna zınqırov taxırdılar ki, itəndə sahibləri zınqırovun səsi ilə onların yerini təyin edib tapsınlar. El arasında «Zınqırovlu dəvə itməz» kimi atalar sözü də var.
Məsəllər, deyimlər►Hər hansı situasiyada gedən söhbətin məğzini bilməyən adamın vəziyyətdən çıxmaq üçün zarafatla işlətdiyi ifadə.
İfadə Molla Nəsrəddinin məşhur bir lətifəsindən qaynaqlanır.
Bir gün minbərə çıxıb nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:
− Camaat, heç bilirsiniz, sizə nə deyəcəyəm?
Məsciddəkilər bir ağızdan «xeyr, bilmirik» cavabını verirlər.
Molla deyir:
− Madam ki bilmirsiniz, daha mən sizə nə deyim, dağılın gedin evinizə!
Sabahı gün o, yenə həmin sualı verdikdə dünənki cavabın nəticəsindən ibrət dərsi almış kənd camaatı «bəli, bilirik» cavabını verir.
Molla bunu eşidən kimi deyir:
− Çox gözəl, indi ki mənim deyəcəyim sözləri əvvəlcədən bilirsiniz, daha mənim deməyim artıqdır. Dağılın evinizə və mənim deyəcəyim sözlərə əməl edin!
Camaat naəlac qalaraq yenə öz evinə qayıtmalı olur.
Sabahı gün məscidə toplaşmazdan əvvəl kəndlilər belə qərara gəlirlər ki, onların bir qismi Mollanın sualına mənfi, bir qismi isə müsbət cavab versin.
Molla yenə minbərə çıxıb:
− Ey camaat, mənim bu gün sizə vəz edəcəyim sözləri bilirsinizmi? − deyə soruşduqda məsciddəkilərin bəzisi «bəli, bilirik!», bəzisi isə «xeyr, bilmirik!» cavabını verir.
Molla bu dəfə də ustalıqla vəziyyətdən çıxaraq deyir:
− Çox gözəl, onda bilənlər bilməyənlərə öyrətsin.
Bu ifadə həm şifahi nitq zamanı, həm də yazılı nümunələrdə işlədilir.
Məsəllər, deyimlər►Hər hansı işdə kiminsə öz üzərinə hədsiz çox vəzifə götürdüyünü, öz rolunu qabartmaq üçün bir adamın bir neçə vəzifə icra etdiyini bildirən ifadə.
Dilimizə ruscadan keçmiş bu ifadə teatrda aktyorun monotamaşalarda birdəfəyə bir neçə rolu ifa etməsi təcrübəsindən qaynaqlanır.
İlk monotamaşalar XX əsrin 20-ci illərində ideologiyanın müəyyən çərçivəyə saldığı sovet teatrında mövcud olmuşdur. Hətta 1927-ci ildə qeyri-rəsmi adı «Sovremennik» olan ayrıca bir teatr da fəaliyyət göstərmişdir. Həmin teatrın truppası cəmi bir aktyordan ibarət idi. Monotamaşa janrının əsasını məşhur rus aktyoru və rejissoru Vladimir Yaxontov (1899–1945) qoymuşdu.
«Bir aktyorun teatrı» ifadəsi məcazi mənada bir müəssisə və ya təşkilatın uğurlu fəaliyyət göstərməsinin bir adamdan asılı olduğunu vurğulamaq üçün də işlədilir.
Məsəllər, deyimlər►Özü haqqında yüksək fikirdə olan və eyiblərini görə bilməyən adamın zarafatla işlətdiyi ifadə.
İfadә Üzeyir Hacıbәylinin «O olmasın, bu olsun» operettasından və eyniadlı filmdən sonra geniş yayılmışdır.
Әsәrin qәhrәmanı cahil və xəsis Mәşәdi İbad «nişanlısı» Gülnazla görüşə hazırlaşarkən güzgü qarşısında dayanıb məftunluqla özünə baxaraq deyir: «Türkdә bir mәsәl var, deyərlәr ki, hәr gözәlin bir eybi olar. Qonaqlar bu evdə olanda mәn o biri otaqda sәһәrdәn bәri fikirdә idim ki, ayә, mənim eybim nədir? İndi bilmişәm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Hərçənd bu çox incə mәtlәbdir, amma bütün məsələ bundadır. Vәssalam...»
Məsəllər, deyimlər►Mümkün olmayan işlə məşğul olmaq, eyni vaxtda bir-biri ilə uyuşmayan iki işi görməyə can atmaq.
Xalq arasında kifayət qədər işlək olan bu ifadənin dilimizdə yayılması barədə maraqlı fərziyyə vardır.
Prof. M.Adilov dilimizdәki bu frazeoloji ifadəni Rudәkinin beytlərindən birinin dilimizə yanlış tərcüməsi ilə əlaqələndirir. O qeyd edir ki, həmin misrada işlənən «xәrbuzә» (yemiş) sözu dilimizə səһvən «qarpız» kimi tәrcümә olunmuş və sonralar yazıda və şifahi dildə bu şəkildə də geniş yayılmışdır.
Müəllifin bu ehtimalını ağlabatan hesab etməklə yanaşı, onu deyək ki, ta qədimdən el arasında xalq yaradıcılığında bostan məhsulları, o cümlədən qarpızla bağlı ifadələr işlədilmişdir. «Başı qarpız kimi partlamaq», «Başın yaxşı başdır, heyif ki, qarpıza işləyir» və s. ifadələr bu qəbildəndir.
Məsəllər, deyimlər