Reklam
Reklam

Məsəllər, deyimlər

BİR EYBİM VARSA, O DA EYİBSİZLİYİMDİR

►Özü haqqında yüksək fikirdə olan və eyiblərini görə bilməyən adamın zarafatla işlətdiyi ifadə.

İfadә Üzeyir Hacıbәylinin «O olmasın, bu olsun» operettasından və eyniadlı filmdən sonra geniş yayılmışdır.

Әsәrin qәhrәmanı cahil və xəsis Mәşәdi İbad «nişanlısı» Gülnazla görüşə hazırlaşarkən güzgü qarşısında dayanıb məftunluqla özünə baxaraq deyir: «Türkdә bir mәsәl var, deyərlәr ki, hәr gözәlin bir eybi olar. Qonaqlar bu evdə olanda mәn o biri otaqda sәһәrdәn bәri fikirdә idim ki, ayә, mənim eybim nədir? İndi bilmişәm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Hərçənd bu çox incə mәtlәbdir, amma bütün məsələ bundadır. Vәssalam...»

Məsəllər, deyimlər