►Hər hansı bəd işə, o cümlədən ağır qəzavü-qədərə soyuqqanlı yanaşmaq, mənəvi-psixoloji cəhətdən buna hazır olmaq.
İfadə bütün Şərqdə Mövlana adı ilə tanınan böyük mütəfəkkir Cəlaləddin Ruminin (1207–1273) həyat və olüm haqqında düşüncələrindən qaynaqlanır.
Mövlana dünyadan möhkəm yapışanları yetişməmiş meyvəyə bənzədir:
«Kal, dəyməmiş meyvə budağa möhkəm yapışır. Meyvə yetişəndə isə budağa olan bağlılığı zəifləyir və nəhayət, budaqdan ayrılmaq ona heç də çətin olmur.
Kamilləşmiş insanlar da bu dünya ayrılığından qorxmamış, əksinə, sevinmişlər.
Sən bundan ibrət al və «Ölməzdən əvvəl ölün!» hədisinə tabe ol!
Tabe ol ki, qəlbin fani sifətlərdən təmizlənərək təslimiyyət sirrinə çatsın və bir ömür içində yaşadığın hikmət və sirlər dənizi səni başı üstündə gəzdirsin. Çünki dənizlər ona təslim olanı başları üstündə daşıyar. Ancaq boş çırpınışlarla təslim olmaqda tərəddüd edənləri nəfəskəsən qaranlıq diblərə çəkərək boğar.
Ölüm cismin ortadan qalxması deyil, Allaha doğru ucalmasıdır.
Ölümdə ədalətli və din adamları üçün həyat vardır.
Ölümdən təmiz ruhlara hüzur və sükunət gələr.
Ölüm Haqqa qovuşmaqdır, cəfa çəkmək və kin bəsləmək deyildir».
Məsəllər, deyimlər►Bütövlükdə bir işi yarıtmayan, amma həmin işin kiçik detalı ilə bağlı lovğalanan adamlar haqqında istehza ilə işlədilən ifadə.
İfadə sovet dövründə Qarabağ bölgəsindəki rayonların birində bir milis işçisinin başına gəlmiş hadisə ilə bağlı yaranmışdır.
Xankişi adlı fağır və çəlimsiz bir milis işçisi həbsxanada dustaqlara nəzarətçi işləyirmiş. Bir gün həbsxanada dustaqlara günorta yeməyinin gətirilməsi ilə bağlı ciddi problem olur. Ona görə də türmə rəisi Xankişini çağırır və rayon sakini olan cantaraq dustaqlardan birini də kömək üçün ona qoşub yaxınlıqdakı kafelərin birinə yemək dalınca göndərir. Məsafə yaxın olduğuna görə dustaqla Xankişi piyada gedirlər.
Sən demə, dustaq həbsxanaya haqsız düşdüyü üçün qaçmağa fürsət axtarırmış. Ona görə də bir körpüyə çatanda dustaq fürsəti fövtə verməyib bir yumruqla Xankişini yerə sərir. Sonra da onun üstündəki tapançanı qoburundan götürüb çay boyunca qaçaraq kolluqlarda yoxa çıxır.
Xankişi bir azdan özünə gəlib tez başılovlu rəisin yanına qaçır və olanları danışır. Rəis silahın da qaçırıldığını biləndə sual verir ki, o köpəyoğlu tapançanı qoburu ilə apardı, yoxsa onsuz. Xankişi bu yerdə qürrələnərək deyir:
– Rəis, nə danışırsız, ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu. Mən ona qobur verərəm?!
Tezliklə bu söhbət yayılaraq dillərə düşür. İfadə isə tam olaraq «ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu» şəklində yayılır.
Məsəllər, deyimlər►Adı olub özü olmayan, ictimai hәyatdan uzaq, maraqsız, habelә müәyyәn yerdә yaşayıb öz vәzifәsini yerinə yetirmәyәn adamlar һaqqında işlәdilən ifadə.
İfadә rus yazıçısı Nikolay Qoqolun (1809–1852) özünün poema adlandırdığı «Ölü canlar» romanının adından yayılıb məşhurlaşmışdır.
Әsәrdә tәsvir olunur ki, Çiçikov «ölü canlar» almaqla mәşğul olur. «Ölü canlar» isә ölmüş, lakin rәsmi sәnәdlәrdә adı dirilәr siyahısında qalan tәhkimçi kәndlilәr hesab olunur. Ölmüş kəndlilərin sənədlərinin alınması haqqında faktlar həqiqətən var idi, amma «ölü canlar» termini hələ yaranmamışdı. Bu roman-poemanın süjetini Qoqola A.S.Puşkin demişdir, bəlkə, buna görə ifadənin müəllifi də onu hesab etmək olar.
Əsərin yaranmasından sonra «ölü canlar» ifadəsini adı haradasa yalandan qeyd olunan, amma heç bir iş görməyən insanlara şamil etməyə başladılar.
Məsəllər, deyimlər►Durğunluqdan çıxarmaq, bir işi irəliyə aparmaq, nəyi isə hərəkətə gətirmək, yerindən oynatmaq, fəaliyyətsizliyə son qoymaq.
İfadə maşın-mexanika terminologiyasından yaranaraq yayılmışdır.
«Ölü nöqtə» deyəndə mexaniklər maşın hissələrinin bir anlıq donub-qaldığı vəziyyəti nəzərdə tuturlar: əks istiqamətlərdən hərəkət edən, balanslaşdırılmış qüvvələr. Dayanma baş verməsin deyə ağır «nazim çarxlar»dan istifadə edirlər. Bu çarxlar ətalət vəziyyətində də fırlanmağa davam edərək istənilən mexanizmi «ölü nöqtə»dən çıxarır.
Məcazi mənada «ölü nöqtə» – hərəkətsizlik, donuqluq, ətalət və fəaliyyətsizlik vəziyyətidir. Buna görə xalq arasında həm də «ölü nöqtədən tərpənmək» şəklində işlənən ifadə hər hansı bir işdə durğunluqdan çıxmağı, hərəkətə gəlməyi bildirir.
Məsəllər, deyimlər►Çox ağır, qeyri-adi vəziyyətə düşmək, xәstәlik, ağrı keçirmәk, iztirab çәkmәk, hədsiz dərəcədə hәyәcanlanmaq.
İfadə qәdim hind eposu olan «Kәlilә vә Dimnә»dә tәsvir edilәn bir әfsanәdən qaynaqlanaraq yayılmışdır.
Həmin əfsanəyə görə, sәfәrә çıxan bir tacirdәn ailә üzvlәrinin hәrәsi bir şey alıb gәtirmәsini xahiş edir. Qәfәsdә saxlanan tutuquşu heç nә istәmir, yalnız öz tutu yoldaşlarına salam göndәrir. Tacir meşәdә tutulara rast gәlib evdәki quşdan onlara salam yetirir. Bu zaman quşlardan biri qəflətən yerә yıxılıb çırpınmağa başlayır vә nәhayәt, ölür. Bunları görәn tacir evә qayıtdıqdan sonra bu әhvalatı evdәki tutuya nәql edir. Әhvalatı eşidәn kimi evdәki quş da qәfәsdә bir az çırpınıb qәflәtәn gözlәrini yumur vә hәrәkәtsiz qalır. Tacir onu ölmüş bilib qәfәsdәn çölә atdıqda quş havaya qalxıb yoldaşlarının yanına uçmağa başlayır. Taçir başa düşür ki, meşәdәki tutu özünü ölülüyә vurmaqla («ölüb») xilas olmaq («ölümdәn qurtarmaq») yolunu göstәrirmiş.
Bu məsəldən Nizami, Xaqani, Rumi, Sәdi, Cami vә bu kimi böyük söz ustaları istifadә etmişlәr.
Məsəllər, deyimlər►Bir şeyə öz baxış bucağından yanaşmaq, nəyi isə öz qabiliyyәti, öz səviyyəsi və öz zövqünә uyğun qiymәtlәndirmәk.
İfadə qədim insanların uzunluq ölçüləri ilə bağlı təsəvvürlərindən qaynaqlanır.
Uzunluq ölçüləri heç də həmişə indiki kimi dәqiq olmamışdır. Çox qәdimdən dilimizdə işlәnәn «arşın» sözü farsca «ərəş//ərş» sözündən olub «dirsәk» mәnasına gəlir. Məlumdur ki, әn müxtəlif xalqlarda uzunluq ölçülәri bәdәn һissәlәrinin adlarından әmәlә gәlmişdir. Vaxtilә һәr kəsin dirsəyinin uzunluğu bir ölçü vahidi olaraq qәbul edilmişdi. Adamların isә heç dә hamısının dirsәyi bir ölçüdә, bir bәrabərdə deyil. Hәr kәs bir şey satanda vә ya alanda tanımadığı, yad arşınla deyil, məhz özünün dirsəyi (arşını) ilә ölçməyi tәklif edәrdi. İfadәnin yaranması da bununla әlaqədardır.
Türk dilində geniş işlənən «arşın» sözü qədim zamanlarda rus dilində də mövcud idi: o dövrdə təxminən 71 sm edən və 16 düymə bərabər olan ölçü vahidini bildirirdi. Rus tacir və fəhlələri öz işlərində eyni ölçüdə olan metal, yaxud taxta xətkeşlərdən – arşınlardan geniş istifadə edirdilər. İlk dövrlərdə arşınları kəndlərdə kustarlar düzəldirdilər və onlar dəqiqliyə elə də diqqət yetirmirdilər. Buna görə də alış-veriş zamanı hər kəs tanımadığı arşından istifadə etməkdən qorxur, «öz arşını»nı təklif edirdi. «Rus arşını», «xan arşını», metr kimi ölçü vahidləri sonralar əmələ gəlmişdi.
Məsəllər, deyimlər►Öz qüsurlarının, yanlış hәrәkәtlәrinin acı nәticәlәrini dadan adamlar haqqında vә ya onların dilindәn işlәdilən ifadə.
İfadә Fikrәt Әmirovun «Sevil» operasında Balaşın dilindәn yayılmışdır.
Böyük dramaturq C.Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış operada Balaşın mәşhur ariyası bu sözlərlə başlanır:
Gör nә günlәrә qaldın, öz cәzandır, çәk, Balaş,
Hamının üzü döndü, axır qaldın tək, Balaş!
Bir növ, «Nә tökәrsәn aşına, o çıxar qaşığına», yaxud «Özü yıxılan ağlamaz» kimi atalar sözləri ilə uzlaşan bu ifadə öz günahı ucbatından çətin vəziyyətə düşmüş adamlar haqqında işlədilir.
Məsəllər, deyimlər►Əzab çəkmək, məsləkinə sadiq qalaraq ağrı-acılara, verilən zülmlərə səbir və dözümlə yanaşmaq.
İfadə xristian peyğəmbəri İsa Məsih haqqında «İncil» əfsanələrindən yaranmışdır.
Ölüm cəzasına məhkum edilən İsa peyğəmbər edam yerinə çarmıxa çəkilmək üçün xaçı özü gətirmişdi: «Xaçı daşıyarkən o, yəhudi dilində Qolqof adlanan Lobnoya gəlib çıxdı». Xaç xristian dininin rəmzi oldu.
Bundan sonra İsa peyğəmbərin bütün tərəfdarları boyunlarında kiçik xaç daşımağa başladılar. Bu onların İsa Məsihin ideyaları ilə razılaşmaları və onun əzablarına təəssüfləndiklərinə işarədir. İsa peyğəmbərin dilindən belə bir ifadə də yayılmışdır: «Xaç daşımayıb arxamca gələn mənim şagirdim ola bilməz».
Zaman keçdikcə «öz xaçını daşımaq» ifadəsi dini çalardan uzaqlaşaraq daha geniş məna daşımağa başladı.
Məsəllər, deyimlər►Son dәrәcә qorxaq, vasvası, ürkək olmaq, hər şeydən şübhələnmək, tez vahimələnmək, hədsiz ehtiyatlı olmaq, suyu üfürə-üfürə içmək.
İfadә Yunanıstanda antik Olimpiya oyunları zamanı döyüş arabaları qoşulmuş atların cıdırda tez-tez ürkməsi ilə bağlı meydana gәlmişdir.
Yarışlar zamanı döyüş arabaları qoşulmuş atlar cıdırda sürәtlә qaçarkən meydanda «taraksip» adlanan sütunlara çatanda qəflətən diksinib şahә qalxır və bir-biri ilә toqquşurdular. Bәzәn dә bu sütunlara çatıb dönmәk lazım gәlirdi ki, bu zaman atın özü öz kölgәsindən qorxub şahә qalxırdı.
İfadә qәdim yunan vә Roma yazıçılarının (Aristofan, Platon, Siseron vә b.) әsәrlәrindә işlәdilmişdir. Müasir Azərbaycan ədəbiyyatında, xüsusən publisistikada da bu ifadə gen-bol işlədilir.
Məsəllər, deyimlər►Yad adamlara, yaxud əcnəbilərə üstünlük verərək öz həmvətənlərini, yaxud yaxın tanışlarını lazımınca qiymətləndirməmək.
İfadə «İncil»də təsvir edilmiş əhvalatdan qaynaqlanaraq yayılmışdır.
Peyğəmbər – Allahın əmrlərinin Yer insanlarına çatdırıcısı, gələcəyi görən şəxsdir. «İncil»də olan bir rəvayətə görə, öz əməlləri və peyğəmbərliyi ilə məşhurlaşmış İsa Məsih doğma şəhəri olan Nazaretə geri qayıtdı, amma sakinlər ona müəyyən şübhə ilə yanaşdılar. Mütəəssir olmuş İsa dedi: «Peyğəmbərlər öz vətənləri və evlərindən başqa heç bir yerdə qərib olmurlar».
Bu gün də biz yad adamlara, yaxud əcnəbilərə üstünlük verərək öz yaxınlarının, yaxud həmvətənlərinin əməyini qəsdən qiymətləndirməyən insanlarla rastlaşırıq. Dilimizdəki «Ev buzovundan öküz olmaz» ifadəsi də bu mənanı dolğun ifadə edir.
Məsəllər, deyimlər►Birisinin pisliyinə çalışmaq, ona davamlı tələ qurmaq, hiylə işlədərək ziyan verməyə çalışmaq.
İfadәnin әn qәdim variantı «Avesta»da işlәdilmişdir.
E.ә. VII әsrin abidәsi olan bu qiymətli әsәrdә deyilir ki, kim başqaları üçün quyu qazsa, mütləq ora özü düşәr.
Şәrqin bir sıra dillәrindә də hәmin ifadә geniş yayılmışdır.
Hәnәfi Zeynallı bu ifadәnin müxtәlif variantlarını belә göstәrmişdir: «Quyu qazıyan özü düşәr», «Quyu qazıyan әvvәl özü düşәr», «Quyu qazıyan, dәrin qazı; gen dur, özün düşәrsәn».
Məsəllər, deyimlər►Özü öz başına iş açan, davranışları ilə özünə pislik edən adam haqqında işlədilən ifadə.
İfadə Azərbaycan xalq nağıllarından qaynaqlanaraq yayılmışdır.
«Qaltaqsız» adlı nağılda deyilir ki, hovuz kәnarında oturmuş adam sudan bir әlin yuxarı çıxdığını görür. Şәxs әlә tәrәf әyildikdә әl onu çәkib suya salır. Huşu başına gәldikdә o şәxs görür ki, bir bağçadadır, yanında da bir qız. Qızla sevişib əhd-peyman edirlәr. Qız yuxuya gedir. O zaman başqa bir qız bu şәxsә yanaşır. Bunun daha gözәl olduğunu görәn şәxs indi dә ona meyil edir. Әvvәlki qız oyanıb onu şillәlәyir. O şәxs bir də gözünü açıb özünü bir boş sәhrada görür. Dәrdindәn yuxarıdakı sözlәri tәkrarlayır vә o qәdәr ağlayır ki, axırda kor olur.
İfadә ilә әlaqәdar başqa bir nağılda isә deyilir:
«Meşәdә gәzәn ovçu tәsadüfәn Təpəgözün evinә gedib çıxır. Təpəgöz onun adını soruşur. Ovçu «Adım Özümdür» cavabını verir. Gecә Təpəgöz yatır. Ovçu isә qaçıb yaxındakı bir ağacın başına çıxır. Gecәnin bir alәmindә Təpəgöz ovçunu yemәk istәyir. Onun qaçdığını görüb dalınca bayıra çıxır. Ovçu sərrast ataraq oxla onun yeganә gözündәn vurur. Təpəgöz ağrının şiddәtindәn elә bir nәrә çəkir ki, meşәdәki bütün yoldaşları yanına yığılır. «Sәni kim vurdu?» – deyә soruşanlara o «özüm» cavabını verir. Yoldaşları heç nә başa düşmür: «Özün özünә elәmisәn, külü gözünә. Daha biz nә edәk?» – deyirlәr».
Məsəllər, deyimlər►Adətən, yerinə düşməyən, məqamında işlədilməyən, şəraitə uyğun olmayan söhbətlərə münasibətdə bildirilən ifadə.
İfadə Migel de Servantesin məşhur «Don Kixot» (1605) əsərindən qaynaqlanaraq yayılmışdır.
Nəşr olunduğu gündən bütün Avropada məşhurlaşmış həmin əsər həm də aforizmləri ilə oxucuların diqqətini özünə cəlb etmişdir. Məlum ifadə romanın birinci hissəsinin 25-ci fəslində verilmiş bir dialoqda işlədilir. Belə güman olunur ki, ifadə öz mənbəyini fransız atalar sözü olan «Özünü asmış adamın evində ilgək haqqında danışmazlar» deyimindən götürmüşdür.
Bəzi xalqların dilində bu ifadəyə bəzi əlavələr də edilmişdir. Xüsusən bir çox hallarda aforizm kimi yanaşılan bu ifadənin sonuna cəlladla bağlı cümlə də artırılır. Yəni məşhur ifadə «Asılmış adamın evində ip haqqında danışmazlar. Bəs cəlladın evində nədən danışmazlar?»
Məsəllər, deyimlər►Özünü bicliyə, xәstәliyə vurmaq, hiylәgәrlik etmәk, ətrafdakıları aldatmağa çalışmaq.
İfadə tülkü hiyləgərliyi ilə bağlı el arasında dolaşan rəvayətlərdən qaynaqlanır.
Tülkü bir çox xalqlarda hiylәgәrlik rәmzi hesab edilir. Azәrbaycan şifahi xalq ədəbiyyatında da bununla әlaqәdar tәmsillәr, nağıllar, rәvayәtlәr mövcuddur. Bu әsәrlәrdә, bir qayda olaraq, ağır, çıxılmaz vәziyyәtә düşən kimi tülkü özünü ölmüş göstərir vә bu üsulla canını qurtarır.
Ovçu Pirim haqqında nağılda deyilir ki, o, toyuqlarını yeyən on bir tülkü vurub dәrilәrinә saman doldurmuş və mıxdan asmışdı. Daha bir tülkü toyuq aparmağa gәlәndә Ovçu Pirim onu güdür vә içәri girәn kimi qapını bağlayır. Tülkü isə tez özünü mıxdan asılmış tülkü dәrilәrinin arasına verir, ölmüş tülkülәr kimi mıxdan asılır. Ovçu Pirim diri tülkünü tapa bilmir. Lakin baxır ki, saman tәpilib asılmış tülkü dәrilәri on bir yox, on ikidir. O hәmin tülkünü mıxdan çıxarıb yerә qoyan kimi tülkü qaçıb aradan çıxır.
Ona görə də xalq arasında özünü xәstә kimi göstәrən, ətrafdakıları aldatmağa çalışan, hiylәgәrlik edən adamlar haqqında bu ifadə işlədilir.
Məsəllər, deyimlər►Qeyri-müəyyənliyi, qarışıqlıqda olan adamların sayının dəqiq olmadığını bildirən və adətən, mәnfi mәnada işlәdilən ifadə.
İfadə xalq arasında yayılmış bir lətifədən qaynaqlanmışdır.
Həmin lətifədə deyilir ki, bir neçә dəfə әrә getmiş arvaddan oğlu soruşur ki, ana, әrlәrin kimlәr olub? Anası cavabında deyir:
– İsa, Musa, Mustafa; bir dә Mәhәmmәdsәfa. Әli, Vәli, Pirvәli, üçü dә ondan irəli. Pambıq atan, qoz satan, bir rәhmәtlik atan, bir dә bu köndәlәn yatan.
Pambıq atan peşәsi olduqca asan, heç bir xüsusi hazırlıq tәlәb etmәyәn peşәlәrdәn sayılır. Başqa sözlə, әlindәn heç bir iş gәlmәyәn hәr kәs pambıq atmaqla mәşğul ola bilәr. Pambıq atmaq üçün xüsusi tәrzdә düzәldilmiş alәtdәn istifadә edilir ki, hәmin alәt bu işi daha da yüngülləşdirir vә asanlaşdırır. Bu iş o qәdər asandır ki, hətta yuxuda da xüsusi tərzdə xorultu ilə nәfәs almaq dilimizdə «pambıq atmaq» kimi sәciyyәlәndirilir.
Məsəllər, deyimlər