Reklam
Reklam

Məsəllər, deyimlər

ÖZ CƏZANDIR, ÇƏK, BALAŞ!

►Öz qüsurlarının, yanlış hәrәkәtlәrinin acı nәticәlәrini dadan adamlar haqqında vә ya onların dilindәn işlәdilən ifadə.

İfadә Fikrәt Әmirovun «Sevil» operasında Balaşın dilindәn yayılmışdır.

Böyük dramaturq C.Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış operada Balaşın mәşhur ariyası bu sözlərlə başlanır:

Gör nә günlәrә qaldın, öz cәzandır, çәk, Balaş,

Hamının üzü döndü, axır qaldın tək, Balaş!

Bir növ, «Nә tökәrsәn aşına, o çıxar qaşığına», yaxud «Özü yıxılan ağlamaz» kimi atalar sözləri ilə uzlaşan bu ifadə öz günahı ucbatından çətin vəziyyətə düşmüş adamlar haqqında işlədilir.

Məsəllər, deyimlər