Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qulan

Bax: qulun. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

qulaş

Bax: qulac. (“Koroğlu” dastanının lüğəti)

Nərə çəkib düşmən üstə gedəndə,

Meydanda göstərər hünər Koroğlu.

Qulaş qolun gərib şeşpər atanda

Vurar dağı-daşı dələr Koroğlu.

                             (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

*

Gördü Hürü xanım qulaş saçları töküb gərdəninə... (“Koroğlunun Qars səfəri”)

Azərbaycan dastanlarının leksikası

qulan

Bax: qulun. (“Koroğlu” dastanının lüğəti)

Armudu dırnaqlı, hündür boyunlu,

Meydana girəndə yüz min oyunlu,

Dəyirman mədəli, ac qurd yeyimli,

Ortası qulana dolu gərəkdi.

                                     (“Həmzənin Qıratı aparmağı”)

*

Bir paşanın xatırına məni kor elədin, indi heç olmasa bu iki çöpüylü qulanısa da mənə ver. (“Alı kişi”)

Azərbaycan dastanlarının leksikası

qolac

Bax: qulac. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası