Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qovğa

1. Gurultu, patıltı, çaxnaşma. 
2. Dava, dava-dalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. (“Koroğlu” dastanının lüğəti)

Çoxdur Koroğlunun yaşı,

qovğalar çəkib başı,

Əl ver, sənnən dağı-daşı

Yaraq, a qəssabın oğlu!..

                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

                   *

Çıxın qovğasına paşanın, bəyin,

Zalım müxənnətin qəddini əyin!

Mərd igid boynuna götürməz deyin,

Düşməni dünyadan silmək gərəkdir.

                            (“Koroğlunun Ərzurum səfəri”)

                       *

Hay- hay deyib qənim üstə varanda,

Kəllə gərək bu meydanda qalansın.

Mərd igidlər qovğa günü düşəndə,

Şərbət deyin öz qanına yalansın.

                               (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası