Ad qazanmış, adlı-sanlı, məşhur, şöhrətli, tanınmış.
Bil, ismim Nofəldi, özüm namidar,
Çox ölkələr eyləmişəm tarü-mar.
Mərd iyidlər Bağdadı da dağıdar,
Gəldim, burdan əlləri boş getmərəm!
(“Leyli və Məcnun”)
*
Bir pərzad görmüşəm sizin ellərdə,
Çün cismü canimin namidarıdı.
Günəş nişanəli, qəmər misallı,
O cahan xubinin cülvədarıdı.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıÇörək.
Səməndimi mindim, Əlvənə sürdüm,
O gözəl Əlvəndə çadırın gördüm.
Nanını yidim, məjmayısını qırdım,
Güləndəm məni o Kişmirə istəyif.
(“Məhəmməd və Güləndəm”)
*
Adam var ki, getməyəsən işinə,
Adam var ki, dolanasan başına,
Adam var ki, ayran tapmır aşına,
Dindirərsən yağlı nanı bəyənməz.
(“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıOd, atəş.
Ay həzərat, gəlin sizə söyləyim,
Yar ucundan atılmışam nara mən.
Deyirlər hər dərdə dərman bulunmaz,
Eləmişəm bu dərdimə çara mən.
(“Müğüm şah”)
*
Özün kimi gözəl olmaz dünyada,
Canım qurban olsun o şirin ada.
Aradakı ilqar getməsin bada,
Yandırar ciyərim nara gözlərin.
(“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikasıXoşiyli, acımtıl sitrus meyvəsi.
Sənin duan olsa mənim dalımca,
Saralıb gül rəngim dönməz narınca.
Bəhramam, dönmərəm yarı alınca,
İzin versən, qayıtmaram bu yoldan.
(“Bəhram-Gülxəndan”)
*
Duruban söygilən narınc, turuncu,
Gəl şadıman eylə könüldə rənci.
Gəl oyna aşıq-qoz, gah da şətrənci,
Gah istəsən, tökək, içək çay, quzu.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası1. Qadağa.
2. Tövbə.
Səf çəkib huri, mələk,
Pəriyü qılman bəzənib.
Nasaq qılmayın dilimə,
Qoy deyim, dastan bəzənib.
(“Əmrah”)
*
Elə çiçək əlvanlı bağça-bağ olmaz,
Oxuyan bülbüllərə heç nasaq olmaz.
Bu bağları görənin sinəsində yağ olmaz,
Açılmış qönçələrin, güllərin, Baxış.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikasıDülgər.
Bir bülbülün qafil taza gülü düşdü yadına,
Sığındı, bel bağladı qabil nəccar ustadına,
Şahım gördü, pozğun baxır şahin öz qanadına,
Dedi: quşum, kərəm eylə, dərya ümman üstədi.
(“Abdulla və Cahan”)
*
Əyləşibdir təxt üstündə,
Gözəllər sərdarıdı bu.
Əlləri həyyat naxışlı,
Qüdrətin nəccarıdı bu.
(“Səyyad və Sədət”)
Azərbaycan dastanlarının leksikası