Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ziyarətnamə

Şifahi xalq ədəbiyyatına məxsus dini məzmunlu şeir şəkli.

Şəbih tamaşalarında imamların ruhunu yad etmək üçün həm aktyorların, həm də tamaşaçıların xorla oxuduqları şeirlərdir. Belə şeirlərdə imamların şücaətləri, həyatlarındakı faciəli məqamlar və s. yer almış olur. Bəzən “ziyarətdəmə” də adlanır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zoonimik əfsanələr

Heyvanlar və quşlarla bağlı əfsanələr.

Z.Ə.-i totemizmdən, zoonimik miflərdən törəmiş və xalqın bədii təfəkkür süzgəcindən keçmiş yaradıcılıq məhsulu kimi qəbul etmək olar. Əgər zoonimik miflər dünyanın yaradılışında heyvan və quşların rolundan bəhs edirsə, Z.Ə.-də daha çox heyvan və quşların özlərinin yaranmasından və ya onların müəyyən ümumbəşəri dəyərlərin əmələ gəlməsindəki rolundan danışılır. Bəzən bu əfsanələr toponimik əfsanələrlə kəsişir (“Bozqurd” əfsanəsi). Ədəbiyyatımızda “Maral”, “Qu quşu”, “Qızıl ilan”, “Turac”, “Şanapipik” kimi Z.Ə. var.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zoonimik miflər

Totemizmlə bağlı əsatirlər.

Heyvan obrazları dünyanın mifoloji təsvirində – ibtidai kosmoqrafiyada istifadə edilir. Bu baxımdan Z.M. kosmoqonik və astral miflərlə kəsişir. Məsələn, qədim hind inanclarına görə, Yeri öz kürəklərində yeddi fil saxlayır, onlar tısbağanın kürəyində, o isə öz növbəsində ilanın üstündə durub. Köpək, Şir, Əqrəb, Balıqlar və başqa bürclərlə bağlı maraqlı əsatir və əfsanələr də vardır. Qulyabanılar haqqında əsatirlər (insanın canavara, pələngə, ayıya və s.-yə çevrilməsi) də Z.M.-ə aid edilir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti