Müxtəlif yerlər, eləcə də yer adlarının – toponimlərin yaranması ilə bağlı əfsanələr.
Folklorumuzda çoxlu belə əfsanələr mövcuddur: “Pəri qala”, “Dədəgünəş”, “Siyəzən”, “Dəmirqaya”, “Beşbarmaq dağı”, “Səngəçal”, “Çənlibel”, “Göyçə gölü”, “Şahdağ” və s. Bəzən belə əfsanələrdə tarixiliyə bir iddia olur: tarixi şəxsiyyətin və ya hadisənin adı çəkilir. Bir çox hallarda isə toponimik əfsanələr sırf xalq təxəyyülü və mifoloji təfəkkür əsasında yaranır. İstənilən halda toponimik əfsanələr müəyyən ərazidəki yerlərin tarixi mənşəyi, etnogenezi haqqında qiymətli mənbə sayılır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti