Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

holavarlar

Əkinçiliklə bağlı cütçülər tərəfindən oxunan əmək nəğmələri.

Çox qədim dövrlərdə yaranmış nəğmələrdir. Holavarlar, əsasən, a.a.b.a şəklində qafiyələnir və dörd mis­radan ibarət olur. Hər misrası 7 hecalı olmaqla bəzən 3-4, bəzən də 4-3 bölgüsündə olur. Bu nəğmələr, adətən, öküz, kəl kimi heyvanlara müraciətlə oxunur:

Öküz, öküz, xan öküz,

Boynu qızıl qan öküz,

Çək çayırı çəməndən,

Sənə qurban can öküz.

Bəzi holavarlarda cüt, hodaq, mac kimi əkinçilik alətlərinin də adı çəkilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

humanizm

lat. humanitas – insanlıq > humanus – insani > homo – insan

İnsansevərlik, insanpər­vərlik, insan ləya­qətinə hörmət kimi prinsiplərin məcmusu.

Humanizm prinsipləri İntibah dövründən başlayaraq bir çox əsərlərin əsas leytmotivini təşkil edib. Daha qədim dövrdə də mənəvi dəyərlər tərənnüm edilib, lakin onlar, əsasən, yüksək ictimai təbəqənin insanlarına xas olan keyfiyyətlər kimi qələmə ve­rilib. Humanizmin əsas mahiyyəti olan insana dəyər vermək prinsipinə N.Gəncəvinin Fitnə (“Yeddi gözəl”) obrazını misal göstərmək olar. Humanizm motivləri İmadəddin Nə­siminin yaradıcılı­ğında öz zirvəsinə çatır. İnsanı ali varlıq kimi təqdim edən böyük şairin əsərləri tək­cə Azər­bay­can deyil, bü­tövlükdə Yaxın və Orta Şərq xalqları ədə­biyyatında dün­yəviliyə və humanizmə doğru atılan bir addım idi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hacib qafiyə

ər. hacib – qapıçı, pərdə

Qafiyə yaradan sözün rədifdən sonra işlənməsi.

Aşağıdakı nümunədə “oldu” sözü rədif, “vahid” və “sacid” sözləri isə H.Q.-dir.

Məscid ilə sacid oldu vahid,

Məscidu-həqiqi oldu sacid. (İ.Nəsimi)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hana nəğmələri

Xalça toxuyan zaman xalça ustalarının oxuduğu əmək nəğmələri.

H.N., əsasən, ilmə vurularkən söylənən, xalça sənətini, xalçaçılıq peşəsini tərənnüm edən nəğmələrdir. H.N.-ni müşаyiət еdən musiqi аlətləri həvə və kirkizdir. Yеr hаnаsındа isə nəğmələrin ritmini qılınc (tохumа аləti) yаrаdır. H.N. mövzusunа görə çаlаrlıdır. Hаnа, ilmə və iplər hаqqındа da ayrıca nəğmələr vardır.

İlmələri sаyа-sаyа

Qırmızını qаt qаrаyа.

Vur, qаdаn аlım, ilmək üstə ilmək,

Cаn qаdаn аlım, ilmək üstə ilmək.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti