yun. photos – işıq + fr. reporteur – danışan, məlumat verən
Fotoreportaj hazırlayan jurnalist.
F. mütləq xəbər verdiyi hadisənin şahidi olmalıdır. Ümumiyyətlə, Azərbaycanın KİV redaksiyalarında bütün fotoqrafları fotoreportyor adlandırırlar. Terminin yarandığı Fransada isə ensiklopediya lüğətlərində F. anlayışının izahı da buna uyğundur: «informasiyanı ötürmək üçün fotoqrafiyanı əsas vasitə seçmiş jurnalist».
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + lat. series – cərgə
1. Müəyyən ardıcıllıqla düzülmüş, vahid əsər kimi qavranılan fotoşəkillər silsiləsi.
2. Fotojurnalistika janrlarından biri.
F.-dan KİV-də az istifadə olunur, bəzən o, serial fotoşəkillərlə qarışdırılır; məsələn, günəşin dənizdən qalxması prosesinin anbaan qeydə alındığı fotoşəkillərin bir jurnal səhifəsində ardıcıl düzülüşü F.-dır. Müxtəlif dənizlərdə günəşin qalxmasını əks etdirən və fərqli səhifələrdə dərc olunan fotoşəkillər isə F. janrına aid edilə bilməz, çünki onlar vahid əsər kimi qavranılmır.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq
Real cisimlərin, şəxslərin, süjetlərin fotoqrafiya üsulu ilə alınmış statik təsviri.
F. müxtəlif maddi daşıyıcılar üzərində bərkidilə, həmçinin elektron formada, ağ-qara və rəngli ola bilər. Tarixdə ilk F. 1826-cı ilə fransız ixtiraçısı Jozef Nyepsin çəkdiyi «Le Qrasda pəncərədən görünüş» şəklidir.
See also:
Jurnalistika terminləri lüğətiİnformasiya ilə iş sahəsində son məqsədə nail olmaq baxımından bütün proseslərin planlaşdırılması, habelə onların icrasının təşkili, nəzarətdə saxlanması və qiymətləndirilməsi.
Buraya hər hansı strukturun, yaxud bütünlükdə cəmiyyətin informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, məlumatların əldə edilməsi, toplanması, emalı, saxlanması, yayılması, istifadəsi və bu istiqamətdə çalışan kadrların idarə olunması, informasiya infrastrukturunun, texnologiyalarının inkişafı və maliyyələşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər daxildir. İ.İ.O. termini 1970-ci illərdə yaranıb. İlk vaxtlar bu sahədə fəaliyyətin əsas məqsədi qərarların qəbulu prosesinə, təşkilatların öz funksiyalarını yerinə yetirməsinə dəstək vermək olub, lakin qısa zamanda onun miqyası və sosial mahiyyəti genişlənib.
Jurnalistika terminləri lüğətiÖlkə həyatında yaranmış müstəsna şəraitdən törəyən, ölkənin hər yerində və ya onun bir hissəsində müəyyən vaxt ərzində tətbiq olunan xüsusi hüquqi vəziyyət.
F.V.-də qanun-qaydanı qorumaq üçün xüsusi tədbirlər həyata keçirilə, o cümlədən əhalinin vətəndaşlıq hüquqları, KİV-in fəaliyyəti məhdudlaşdırıla bilər.
Jurnalistika terminləri lüğətiing. freelancer – ştatdankənar işçi, ilkin mənasında – sərbəst nizətutan
Daimi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar.
Bütün dünyada F.-lərin əksəriyyəti jurnalist, dizayner, redaktor, fotoqraf, sosial media məsləhətçisi və bu kimi mediaya birbaşa aidiyyəti olan sahələrdə çalışır (2012-ci ildə ABŞ-da dərc edilmiş «Frilans sənayesi üzrə hesabat»a görə, ümumilikdə 70%-dən çoxu). Adətən, F.-lər böyük təcrübə və texniki biliklərə, dərin təhlil və araşdırma qabiliyyətinə malik mütəxəssislər olur, onların sərbəstliyini təmin edəcək qədər qazanc əldə edə bilirlər. F. termini ilk dəfə şotland yazıçısı Valter Skottun “Ayvenqo” romanında (1820) «orta əsrlərin muzdlu döyüşçüsü» mənasında işlədilib, XX əsrin əvvəllərində İngiltərənin lüğətlərinə daxil edilib, sonradan mənasını genişləndirib.
See also:
Jurnalistika terminləri lüğətilat. functio – icra etmək
1. Jurnalistikanın sosial vəzifəsi, cəmiyyətdə rolu.
KİV-in tarixən və media fəlsəfəsinə uyğun olaraq müəyyənləşdirilmiş bir çox F.-ları var: kommunikativ funksiya, məlumatlandırma funksiyası, maarifləndirmə funksiyası, ideoloji funksiya, nəzarət funksiyası, təşkilatlandırma funksiyası, reklam funksiyası, əyləndirmə (rekreativ) funksiyası.
2. Kütləvi informasiya vasitəsi redaksiyasında yaradıcı və texniki qrupun, ayrı-ayrı strukturların, fərdlərin fəaliyyət dairəsi, öhdəliyi, rolu.
Jurnalistika terminləri lüğəti