İnformasiya ilə iş sahəsində son məqsədə nail olmaq baxımından bütün proseslərin planlaşdırılması, habelə onların icrasının təşkili, nəzarətdə saxlanması və qiymətləndirilməsi.
Buraya hər hansı strukturun, yaxud bütünlükdə cəmiyyətin informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, məlumatların əldə edilməsi, toplanması, emalı, saxlanması, yayılması, istifadəsi və bu istiqamətdə çalışan kadrların idarə olunması, informasiya infrastrukturunun, texnologiyalarının inkişafı və maliyyələşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər daxildir. İ.İ.O. termini 1970-ci illərdə yaranıb. İlk vaxtlar bu sahədə fəaliyyətin əsas məqsədi qərarların qəbulu prosesinə, təşkilatların öz funksiyalarını yerinə yetirməsinə dəstək vermək olub, lakin qısa zamanda onun miqyası və sosial mahiyyəti genişlənib.
Jurnalistika terminləri lüğəti