Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotooçerk

yun. photos – işıq + rus. черкать – cızmaq

1. Eyni mövzunu müx­təlif yönlərdən işıqlandıran, yaxud eyni qəh­rəmanın həyatının müxtəlif anlarını təsvir edən fotoşəkillər silsiləsi, foto­he­kayət.

2. Fotojurnalistikanın publisistik janr­larından biri.

Əksər fotojurnalistika janrlarından fərqli olaraq F. konkret­ləş­dirməyə deyil, ümumiləşdirməyə meyil edir. F.-lərin portretlərə (şəxsə, ailəyə, xal­qa), səyahətlərə (səfərlərdə rast gəlinən­lərə), problemlərə (problemin göstərilməsi və öyrənilməsinə) həsr olunmuş formaları var.

See also:

Jurnalistika terminləri lüğəti

fotoportret

yun. photos – işıq + fr. portraire – cizgilərinə qədər təkrarlamaq

1. Hər hansı şəxsin xarakterini, yaxud xarakterinin bir cizgisini qabarıq nümayiş etdirən fo­toşəkil.

2. Fotojurnalistikanın publisistik janrlarından biri.

F. hər hansı məqalənin içərisində yerləşdirilə, yaxud müstəqil material kimi təqdim oluna bilər. F. – foto­jur­nalistikanın rəssamlıqdan əxz etdiyi, bə­dii yaradıcılığa ən yaxın janrıdır. Məhz buna görə fotosərgilərdə nümayiş etdirilən eks­ponatlar arasında, bir qayda olaraq, port­retlər üstünlük təşkil edir.

See also:

Jurnalistika terminləri lüğəti

fotoreportaj

yun. photos – işıq + fr. reportage  < lat. reporto – ötürmək, xəbər vermək

1. Faktın, hadisənin müxtəlif as­pektlərini və inkişaf mərhələlərini oxucu (tamaşaçı) auditoriyasına fotoşəkillər vasitəsilə nümayiş etdirən jurnalist mate­rialı. 

2. Fotojurnalistikanın janrlarından biri.

F. – faktın, hadisənin şəkillərin dili ilə hərtərəfli və ardıcıl təsviridir, burada əsas informasiya daşıyıcısı rolunu görüntü oy­na­yır, mətn isə ya olmur, ya köməkçi funksiyası yerinə yetirir. F.-ların digər fərq­ləndirici xüsusiyyətləri isə onların birbaşa hadisə yerindən hazırlanması və operativliyidir.

See also:

Jurnalistika terminləri lüğəti