ing. chroma key – hərfi mənada: rəng açarı
İki və daha artıq kadrın, təsvirin bir kompozisiyada birləşdirilməsi texnologiyası, həmçinin bu texnologiya ilə işləyən avadanlıq.
X.-dən televiziyada və kino çəkilişində istifadə olunur. Kamera qarşısındakı obyekt (şəxs) birrəngli fonda yerləşdirilir, çəkiliş, yaxud montaj zamanı fonun əvəzinə başqa təsvir verilir və kompozisiya tamamlanır, tamaşaçı kadrda fərqli məkan görür. X.-dən məhz əyanilik və fərqli məkan təsəvvürü yaratmaq məqsədilə istifadə olunur. Televiziyada, adətən, obyektin önündə dayandığı fonun – ekranın özünə də X. deyilir. Fon üçün daha çox göy və ya yaşıl rənglərdən istifadə olunur, çünki bu rənglər insan dərisində yoxdur və geyim elementlərində onlara nisbətən az rast gəlinir. Lakin faktik olaraq X. üçün istənilən rəng seçmək mümkündür.
Jurnalistika terminləri lüğətiyun. chromatikos – rəngli
1. İşığın, şüanın sınması və tərkib hissələrinə ayrılması nəticəsində əmələ gələn; məs.: xromatik qamma.
2. Ardıcıl rəng çalarlarından ibarət olan; məs.: xromatik yarımton.
3. Musiqi səslərinin dəyişməsindən, musiqinin tonunun artıb-azalmasından yaranan; məs.: xromatik tüner.
Jurnalistika terminləri lüğətiyun. chronos – vaxt, zaman
1. Tarixi hadisələri zaman ardıcıllığı ilə əks etdirən əsər; salnamə.
2. Mühüm həyat hadisələrinə dair yığcam məlumat, jurnalistikada ən kiçik informasiya janrlarından biri.
Adətən, X. qəzet-jurnal səhifəsində bir və ya bir neçə cümlədən, başlıqsız xəbərlərdən ibarət blok şəklində verilir.
3. Müasir dövrdə ölkədə və dünyada baş verən hadisələrə həsr olunmuş qısa süjetlərdən ibarət sənədli film.
Belə sənədli filmə kinoxronika deyilir.
Jurnalistika terminləri lüğətiyun. chronos – vaxt, zaman + yun. metreo – ölçürəm
1. Radio və TV-də, kinoda istehsal prosesinin (çəkiliş, montaj) və efir vaxtının zamana görə bölünərək tənzimlənməsi.
2. Hazır filmin, verilişlərin, onların hissələrinin, həmçinin süjetlərin efir müddəti.
Jurnalistika terminləri lüğətiReallıqda mövcud olmayan təsvirin ekranda görünməsini təmin edən kino, televiziya və kompüter texnologiyalarının cəmi.
X.E. texnologiyaları ilə hazırlanan təsvir ekranda real təsvirdən seçilmir. X.E.-lər iki qrupa bölünür: vizual və mexaniki. Vizual effektlər kompüter qrafikası, yaxud montaj üsulu ilə yaradılır. Mexaniki effekt studiyada xüsusi materiallardan istifadə etməklə, pirotexniki üsullarla, səs qurğuları vasitəsilə yaradılır.
Jurnalistika terminləri lüğətiing. film – lent + yun. theke – anbar, yeşik
Filmlərin toplanması, saxlanması, texniki cəhətdən qorunması və yayılması ilə məşğul olan müəssisə, yaxud müəssisə nəzdində şöbə.
Ayrı-ayrı şəxslərin fərdi qaydada topladıqları filmlərin kolleksiyası da F. adlandırılır. Böyük F.-lar sadəcə «film anbarı» rolunu oynamır, həm də elmi işlə, maarifçiliklə məşğul olur, köhnə lentlərin, fonoqramların bərpasını həyata keçirir, filmləri plastik lentlərdən rəqəmsal daşıyıcılara, kompüterlərin yaddaşına köçürür, onların elektron kataloqunu yaradır. F.-lar Beynəlxalq Kino Arxivləri Federasiyası (FIAF) çərçivəsində əməkdaşlıq edir, bir-biri ilə mübadilə aparır.
See also:
Jurnalistika terminləri lüğətiFiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar.
X.K.F.M. qanunvericilikdə müəyyən edilmiş hallarda açıq, bütün digər hallarda konfidensial informasiya kateqoriyasına aid edilir.
See also:
Jurnalistika terminləri lüğəti1. Hər hansı mövzuda material hazırlamaq üçün konkret tapşırıqla bir yerə ezam olunmuş redaksiya əməkdaşı, jurnalist.
2. Konkret bir bölgədən, yaxud konkret mövzuda materiallar hazırlamaq üzrə ixtisaslaşmış redaksiya əməkdaşı, jurnalist.
X.M. bəzi məsələlərdə ona verilmiş səlahiyyətlər daxilində redaksiyanı təmsil etmək hüququna malik ola bilər.
See also:
Jurnalistika terminləri lüğətifr. filtre < lat. filtrum – hərf. keçə
1. Müəyyən tezlikli siqnal, şüa və ya dalğaları keçirən, digərlərinin isə qarşısını alan cihaz, şəbəkə. F.-lərin ən müxtəlif sahələrdə tətbiq olunan yüzlərlə növü var.
Jurnalistikada, əsasən, akustik və optik F.-lərdən istifadə edilir. Akustik F.-lər səs siqnallarının, optik F.-lər işıq dalğalarının spektrini, intensivliyini, istiqamətini dəyişə bilir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni elektron və rəqəmsal F.-lərin də meydana çıxmasına səbəb olub. Elektron F.-lər elektrik siqnallarının, rəqəmsal F.-lər isə rəqəmsal siqnalların spektrində lazımi komponentləri keçirir, qalan komponentlərin qarşısını kəsir.
2. İnformasiyanın çeşidlənməsinə, yalnız istifadəçinin müəyyənləşdirdiyi meyarlara cavab verən məlumatların verilənlər bazasından seçilib ekrana çıxarılmasına xidmət edən proqram təminatı, yaxud onun elementi.
Məsələn, kompüter istifadəçisi belə F.-lərdən istifadə etməklə seçicilərin ümumi siyahısından məhz bir küçədə yaşayan adamların adlarının ekranda görünməsinə, qalanlarının isə həmin F.-lər tərəfindən tutulub saxlanmasına nail ola bilər.
3. Məcazi mənada: informasiyanın sərbəst yayılması, istehsalçıdan istehlakçıya çatdırılması qarşısında süni maneə, senzura.
4. Məcazi mənada: müsbət seçim imkanı verən ciddi yoxlama, mənfi proseslərin inkişafı qarşısında sədd.
Jurnalistika terminləri lüğətiYazılı və şifahi mətndə, videomateriallarda ilk baxışdan diqqəti kifayət qədər cəlb etməyən bir fikrin, ifadənin, görüntünün xüsusi əhəmiyyətinin vurğulanması.
X. şifahi nitqdə linqvistik vasitələrlə, jestlərlə, yazılı mətn və videomateriallarda qrafik üsullarla, fikrin, yaxud ifadənin başlığa çıxarılması, kadrların təkrarlanması ilə, digər formalarda həyata keçirilə bilər.
Jurnalistika terminləri lüğəti