ing. feature – xüsusiyyət, özəllik
1. Bir şeyin fərqləndirici xüsusiyyəti, ən mühüm detalı.
Nümunə: bir şəhərin qədim bazar meydanında hündür minarəli məscidi onun F.-i ola bilər.
2. Sifətin ən nəzərəçarpacaq detalı; ekranda görünən, yaxud yazıda təsvir edilən və insanın xarici görünüşü, bəzən hətta xarakteri haqqında təsəvvür yaradan cizgisi.
Nümunə: qabağa çıxmış iri çənə; yastı, halqa keçirilmiş qara burun və s.
3. Konkret mövzuda ətraflı təsvirdən ibarət qəzet-jurnal məqaləsi, televiziya verilişi, yaxud onun hissəsi.
4. Adətən, 90 dəqiqə və daha artıq davam edən tammetrajlı film.
Jurnalistika terminləri lüğətiing. fiber – lif + yun. optos – görünən
İnformasiyanın bir yerdən başqa yerə optik lifli kabellər – işıq şüaları vasitəsilə ötürülməsi üsulu.
Bu zaman informasiya daşıyıcısı rolunu infraqırmızı diapazona yaxın elektrik dalğaları oynayır, optik lifli kabellər isə onları istiqamətləndirir. Üsul 1970-ci ildə ixtira edilib və faktik olaraq yeni informasiya əsrinin başlanğıcını qoyub. İnformasiyanın işıq xətləri üzrə ötürülməsi zamanı sürət müqayisəolunmaz dərəcədə artır və saniyədə petabitlərlə (1 petabit = 1.000.000 giqabit) ölçülür, uzaq məsafələrdə güc itkisinə, demək olar ki, yol verilmir, elektromaqnit maneələri aradan qalxır və yüksək səviyyədə informasiya təhlükəsizliyi təmin olunur.
Jurnalistika terminləri lüğəti1. Düşüncə, təfəkkür prosesi; məs.: işin axırını fikirləşmək.
2. Düşüncə, təfəkkür prosesinin nəticəsində hasil olan qənaət, ideya; məs.: bir fikrə gəlmək.
3. Əqidə, baxış; məs.: fikirlərini tez-tez dəyişmək.
4. Niyyət, məqsəd; məs.: bir fikirlə harasa getmək.
5. Rəy, münasibət, mülahizə; məs.: deyilənlər barədə öz fikrini söyləmək.
6. Bilik, dünyagörüşü; məs.: tənqidi fikri inkişaf etdirmək.
Jurnalistika terminləri lüğətiHər bir insanın istənilən məsələ barədə öz düşüncəsi, əqidəsi, qənaəti, münasibəti olmaq hüququ.
F.A. fundamental insan hüquqlarından biridir və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyasında (maddə 9), bir sıra digər beynəlxalq sənədlərdə təsbit olunub. Azərbaycan Konstitusiyasına görə də hər kəsin fikir azadlığı var və heç kəs öz fikrini, əqidəsini açıqlamağa, yaxud onlardan dönməyə məcbur edilə bilməz.
See also:
Jurnalistika terminləri lüğətilat. fictio – yalan
1. Uydurma, gerçəklikdə mövcud olmayan.
2. Əslində, yalan olan, lakin gerçək təsəvvürlərə, inanclara uyğun gəldiyi üçün həqiqət kimi qəbul edilən bəyanat, informasiya.
Məsələn, demokratik inkişaf yolu seçmiş ölkədə müəyyən azadlıqlara əsassız məhdudiyyətlər qoyularsa və hökumət qərarını uydurma terror təhlükəsi ilə izah edərsə, bu, reallıqda F.-dır, amma kənardan inandırıcı görünə bilər, çünki əsassız məhdudiyyətlər demokratiyanın xarakterinə ziddir.
3. Bir çox ölkələrdə: xəyali hadisələr və qəhrəmanların təsvir olunduğu nəsr əsərləri, xüsusilə novellalar.
Məsələn, Oksford lüğətlərində F. (fiction) termininin məhz belə izahı verilir. Lakin Azərbaycanda termin bu anlamda çox nadir hallarda işlədilir.
Jurnalistika terminləri lüğətifr. figurant < lat. figurantis – özünü göstərən, təmsil edən
1. Televiziya verilişlərində (şoularda) auditoriya qismində studiyada əyləşdirilən adamlardan hər biri;
2. Kütləvi səhnələrin iştirakçısı, görünən, lakin danışmayan şəxs.
3. Epizodik rolda oynayan, amma sözü olmayan aktyor.
Jurnalistika terminləri lüğətifr. filiale < lat. filialis – övladlığagötürmə
Hüquqi şəxsin, o cümlədən redaksiya və jurnalist təşkilatının əsas strukturunun yerləşdiyi məntəqədən kənarda yaradılmış ayrıca bölməsi.
F. baş müəssisənin vəsaiti hesabına yaradılır, onun nizamnaməsi əsasında fəaliyyət göstərir və yerləşdiyi ərazidə baş müəssisənin funksiyalarının hamısını və ya bir qismini yerinə yetirir.
See also:
Jurnalistika terminləri lüğətiing. film – lent
1. İşığahəssas xüsusi təbəqə ilə örtülmüş, plastikdən, yaxud digər elastik materialdan hazırlanmış lent zolağı.
2. Hər hansı ideyanı, məzmunu səs və görüntünün köməyi ilə çatdıran, televiziyada, yaxud kino ekranında nümayiş etdirilmək üçün lentə (videoya) alınmış əsər.
F.-lərin janrlarına görə bədii, multiplikasiya (cizgi), sənədli, xronikal-sənədli, elmi-kütləvi, tədris və s., formalarına görə isə səsli, səssiz, ağ-qara, rəngli, tammetrajlı, qısametrajlı və bu kimi növləri olur.
See also:
Jurnalistika terminləri lüğətiing. film – lent + yun. grapho – yazıram
1. Filmlərin hər hansı meyar əsasında tərtib olunmuş siyahısı.
Rejissorun F.-sı onun çəkdiyi filmlərin, aktyorun F.-sı onun rol oynadığı kino əsərlərinin siyahısıdır. F.-lar fərqli meyarlar əsasında tərtib edilə bilər; məsələn, Vaşinqton universitetinin sponsorluğu ilə yaradılmış «Soyuq müharibə – Qırmızı panika» F.-sı dünyanı kommunizm təhlükəsindən xəbərdar edən filmlərin siyahısından ibarətdir. ABŞ lüğətləri (Merriam-Webster) bu terminin ilk dəfə 1957-ci ildə «biblioqrafiya» (kitabların siyahısı və təsviri) anlayışının kino üçün variantı kimi işlədildiyini göstərir.
2. Filmlərin siyahıya alınması meyarlarını, üsullarını və prinsiplərini öyrənən elm sahəsi.
Bu meyarlar, üsullar və prinsiplərə uyğun olaraq sorğu-məlumat kitabçaları tərtib edilir. Onların tematik, xronoloji, annotasiyalı (izahlı) və annotasiyasız kimi müxtəlif növləri olur.
See also:
Jurnalistika terminləri lüğəti