1. Müəyyən ardıcıllıqla düzülən qrafik işarələr sistemi.
2. Yazılı əsər, məqalə, mətn.
Jurnalistikada istənilən janrda yazılmış material – xəbər, məqalə, reportaj, esse və s. – bir çox hallarda ümumi şəkildə Y. adlandırılır.
3. Xüsusi texniki vasitələrlə hər hansı maddi daşıyıcı üzərində qeydə alınmış ardıcıl səs və təsvirlər toplusu.
Jurnalistika terminləri lüğətiMəlumat əldə etmək məqsədilə informasiya sahibinə yazılı şəkildə ünvanlanmış sorğu.
Qanuna görə, jurnalist Y.S.-da müraciət etdiyi orqanın adını, habelə öz adını, soyadını və ünvanını göstərməli, tələb olunan informasiya barədə qısa və aydın məlumat verməli, onu hansı formada əldə etmək istədiyini bildirməlidir. Belə sorğu elektron poçt vasitəsilə də göndərilə bilər. Y.S.-nu qəbul etməkdən imtina informasiya sahiblərinə qadağan olunur.
See also:
Jurnalistika terminləri lüğətiİnsanların məktublarının, digər formada yazışmalarının onların icazəsi olmadan nümayiş, yaxud dərc etdirilməsini, başqa üsullarla ictimailəşdirilməsini məhdudlaşdıran prinsip.
Azərbaycan Konstitusiyasına görə, hər kəs öz şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüququna malikdir. Bu hüquqa telefon danışıqları, poçt, teleqraf sirrinin toxunulmazlığı da aiddir. Onların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Y.S. yalnız müstəsna hallarda (iğtişaşların, cinayətin qarşısını almaq və s.) pozula bilər ki, həmin hallar da qanunda öz əksini tapır.
See also:
Jurnalistika terminləri lüğətiJurnalistikada XX əsrin 60–70-ci illərində yaranmış, bədii təsvir vasitələrindən geniş istifadə edən yazı texnikası, üslub.
Terminin yaradıcısı amerikalı yazıçı-jurnalist Tom Vulf Y.J.-nın incəsənət olduğunu bildirir, ədəbiyyatı isə «dəbdən düşmüş bayağılıq» adlandırırdı. Eyni zamanda «alternativ jurnalistika» deyilən Y.J. üslubunda yazılmış geniş məqalələrdə hadisələrin və faktların detallı təsvirinə, dialoqlara, müəllif mövqeyi və düşüncələrinə böyük yer verilir, «canlı» xalq dilindən və ekspressiv ifadələrdən çox istifadə olunur. Azərbaycan mediasında bu üslubda materiallara yenidənqurma dövründə (1985–1991) tez-tez rast gəlinirdi.
Jurnalistika terminləri lüğətiRəqəmsal texnologiyalar əsasında yaradılan və yayılan kütləvi informasiya vasitələri.
Bura informasiya saytları, elektron qəzetlər, sosial şəbəkələr, bloqlar və s. daxildir. Y.M., adətən, daha asan qavranılan qısa kontentdən ibarət olur, lakin onu səciyyələndirən başlıca element kontent deyil, məhz texnologiya, kommunikasiya sistemidir. Bununla da Y.M. ənənəvi mediadan fərqlənir. Y.M. rəqəmsal texnologiyanın sürətli inkişafı ilə paralel XX əsrin 90-cı illərindən Qərbdə formalaşmağa başlayıb. Oksford lüğəti ona belə tərif verib: «internet kimi rəqəmsal texnologiyalardan istifadə edən kütləvi kommunikasiya vasitələri». Kembric lüğəti Y.M.-nın daha geniş izahını hazırlayıb: «televiziya, qəzet kimi ənənəvi metodlarla deyil, kompüter, yaxud internet vasitəsilə informasiya və əyləncə təklif edən məhsullar, xidmətlər». Kanada radio-televiziya və telekommunikasiya komissiyası onu «interaktivliyə malik və rəqəmsal texnologiyalarla yayılan istənilən media məhsulu» kimi qiymətləndirib. Y.M.-nın sosial mahiyyətini isə 1991-ci ildə ABŞ-ın Miçiqan universitetinin media texnologiyaları üzrə professoru Rassel Nyuman daha dəqiq açıqlayıb: «Biz audio, video və elektron mətnli kommunikasiya şəbəkələrinin universal əlaqəli inkişafının şahidi oluruq. Bu inkişaf fərdlərarası ünsiyyətlə kütləvi kommunikasiya, ictimai ünsiyyətlə şəxsi ünsiyyət arasındakı fərqləri siləcək».
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyi və yayıldığı (yayımlandığı) ərazidə baş verən hadisələrə dair yeniliklər.
Ölkə miqyasında yayılan (yayımlanan) KİV üçün bu ölkədə, rayon miqyasında yayılan (yayımlanan) KİV üçün bu rayonda cərəyan edən hadisələr haqqında xəbərlər Y.X. sayılır və s.
See also:
Jurnalistika terminləri lüğəti