Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

təhqir

Kütləvi çıxışda, nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasi­tə­­­sin­də yayılan məlumatda şəxsiyyətin şərəfləyaqətini nalayiq formada, aşağılayıcı tərz­də qəsdən al­çalt­ma.

T. hərəkətlə, sözlə, yazı vasitəsilə, jestlə həyata keçirilə bilər. Kütləvi informasiya vasitəsində təh­qir xarakterli mə­lumat yayıldıqda bu mə­lu­matın aid olduğu şəxsin, yaxud onun nü­­ma­yən­dəsinin hə­min media orqanında cavab vermək, təkzib, düzəliş və ya üzr­xahlıq tələb etmək, habelə məhkəmə id­diası qaldırmaq hü­ququ var.

See also:

Jurnalistika terminləri lüğəti

təhrikedici informasiya

İnsanı hər hansı fəaliyyətə və ya hərəkətə sövq edən mə­lumat, yaxud reklam materialı.

T.İ. ça­ğırış, məsləhət, qərar, xahiş, tapşırıq formasında ola bilər. Qeyri-qanuni əməl­lərə, həbelə milli-mənəvi dəyərlərə, in­san­ların həyat və sağlamlığına, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik edən məlumatların və reklamların yayılmasına görə hüquqi məsuliyyət nəzərdə tutu­lur. Peşə etikası kodeksləri münaqişələri, kriminal, yaxud bədbəxt hadisələri, terror aktlarını işıqlandıran jurnalistlər qarşısında zorakılığa təhrik edən informasiya yaymamaq və buna səy göstərənlərin əlində alət olmamaq tələbi qoyur. Etnik münaqişələri, intihar hallarını işıqlandıran reportyorların bu tələbə əməl etməməsi nəticəsində ya­şanan faciələr, bununla əlaqədar mətbuat şuralarına, məhkəmələrə müraciətlər ba­rədə jurnalistikada çoxlu sayda kazus var.

Jurnalistika terminləri lüğəti