Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

meqabayt

yun. meqas – böyük + ing. byte – tikə, hissə

Elektron informasiyanın öl­çü vahidi.

Kompüterin yaddaşında, CD, DVD, fləş-kart və digər daşıyıcılarda sax­lanılan informasiyanın kontekstindən asılı olaraq 1.000.000 (106)-dan 1.048.576 (220)-dək baytdan ibarətdir. MB, Mbayt kimi işarə olunur.

Jurnalistika terminləri lüğəti

memorandum

lat. memorandum – yadda saxlanılmalı olan

Müəyyən məsələ ilə bağlı tərəflərin ümumi razılığını, əsas fəa­liyyət prinsiplərini əks etdirən sənəd.

Adətən, böhran (məs.: gəlirlərin kəskin azalması), böyük siyasi kampaniyalar (məs.: seçkilər), yaxud ciddi münaqişələr (məsələn, etnik toqquşmalar) zamanı kütləvi informasiya vasitələri peşə davranışı prinsiplərini razılaşdırmaq üçün öz aralarında M. imzalayır. Misal: «Rusiya Jur­na­listlər İttifaqı jurnalistikanın xilası na­minə yeni memorandum imzalamağı tək­lif edir» («Vremya» informasiya agentliyi).

Jurnalistika terminləri lüğəti

mesaj

ing. message – xəbər, məlumat

1. Birbaşa əlaqədə olmayan şəxsə, auditoriyaya ünvanlanan xəbər.

2. Elektron məktub və ya digər kommunikasiya vasi­tələri ilə çatdırılan məlumat.

3. Elektron kommunikasiya vasitələri tərəfindən isti­fa­dəçiyə avtomatik olaraq ötürülən xəbər; məs.: «Təhlükə barədə xəbərdarlıq» me­sajı.

4. Kütləvi informasiya vasitələrində yayılan materiallarda, çıxışlarda, reklam müraciətlərində müəllif və ya reklam ­si­­fa­rişçilərinin auditoriyaya çatdırmaq istə­dik­ləri əsas fikir, ideya.

5. Eyhamla söy­­­lənən, lakin təsir qüvvəsi güclü olan məlumat.

Jurnalistika terminləri lüğəti

metranpaj

fr. metteur en pages – səhi­fələyici, səhifə tərtibatçısı

Mətni sə­hi­fələyən mətbəə işçisi.

M. mətbəədə yığıcıların işinə rəhbərlik edir, nəşri maketə uyğun olaraq çapa hazırlayır.

Jurnalistika terminləri lüğəti

metraj

Kino və ya videolentin metrlə ölçülmüş uzunluğu.

Jurnalistika terminləri lüğəti