Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

media

lat. medium – ara, vasitəçi

Kütləvi kommunikasiya vasitələrinin (qəzet, jurnal, radio, televiziya, internet kommunikasiya vasitələri) ümumiləşdirilmiş adı.

See also:

Jurnalistika terminləri lüğəti

media bazarı

Kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, radio, televiziya, ­internet) əhatə etdiyi ərazi, onların məh­sullarının çatdırıldığı auditoriya, ­tə­davül dairəsi.

Meqapolislərdə M.B. kütləvi informasiya vasitələri arasında seqmentlərə bölünə bilər.

See also:

Jurnalistika terminləri lüğəti

media bazarının inhisarlaşdırılması

lat. medium – ara, vasitəçi

1. Bir və ya bir neçə kütləvi informasiya vasitəsinin müəyyən ərazidə böyük üstünlük qazana­r­aq orada media bazarını nəzarətə götür­məsi nəticəsində yaranan şərait.

M.B.İ. digər iqtisadiyyat sahələrindən fərqli ola­raq, adətən, qiymət artımı ilə nəticələnmir, amma ideoloji diktatın qurulması və əha­linin informasiya təhlükəsizliyi baxımından yeni risklərə yol açır. 

2. Müxtəlif kütləvi ­informasiya vasitələrinə sahibliyin bir əldə cəmləşdirilməsi.

Bir çox ölkələrin, o cüm­­­­lədən Azərbaycan Respublikasının qanun­vericiliyində bunun qarşısını almaq üçün antiinhisar tədbirləri nəzərdə tutulub. Amma media sahibkarlığında tam şəffaf­lığın və KİV-in gizli maliy­yə­ləş­di­ril­məsinin qarşısını almaq çətin olduğu üçün həmin tədbirlər bəzən səmərə vermir.

Jurnalistika terminləri lüğəti

media mədəniyyəti

lat. medium – ara, vasitəçi

İctimai şüurun formalaşdığı mədəni-tarixi inkişaf prosesində bəşəriy­yətin yaratmış olduğu informasiya-kommunikasiya vasitələrinin və onların təsiri altında təşəkkül tapmış maddi-mənəvi dəyərlərin məcmusu.

M.M. termini XX yüzillikdə mədəniyyətşünaslığın irəli sür­düyü yeni anlayışdır, informasiya əsrində vətəndaşla dövlət, cəmiyyətlə hakimiyyət arasında münasibətləri xarakterizə edir. M.M informasiyanı ötürmək və onu qəbul edərək təhlildən keçirmək, qiymət­lən­dir­mək, qavramaq bacarıqlarını ehtiva edir, şəxsiyyətin inkişaf səviyyəsinin, dövlətin vətəndaşlarla münasibətlərdə sivillik dərə­cəsinin göstəricisi kimi qəbul olunur. M.M. «kütləvi mədəniyyət» termininin alternatividir: kütləvi mədəniyyət kütlədən doğur, M.M.-ni isə media formalaşdırır.

Jurnalistika terminləri lüğəti

media sənayesi

lat. medium – ara, va­sitəçi

Auditoriyanın daim yenilənən informasiya tələbatını ödəyən mürəkkəb struktura malik kreativ iqtisadiyyat.

Bu sənaye müxtəlif növ media məhsulları ­istehsal etməklə sahələrə bölünür: çap (qəzet, jurnal, kitab və s.); səs yazıları (qrammofon yazıları, maqnit yazıları, CD-lər, DVD-lər və s.); kino; radio; televiziya; internet (veb-saytlar, bloqlar, podkastlar və s.); mobil telefonlar. XX əsrin ikinci ya­rısından M.S. sürətlə inkişaf edir və onun strukturu getdikcə şaxələnir.

Jurnalistika terminləri lüğəti