Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya mübadiləsi

İki və daha artıq şəxs arasında kommunikasiya pro­sesi.

İ.M.-nin məqsədi sonrakı istifadə üçün məlumatın ötürülməsi və qavra­nıl­masıdır. İ.M. informasiyanın idarə olunmasının mərhələlərindən biridir. Onun dörd əsas elementi var: informasiyanı top­layan və ötürən tərəf; məlumat; informa­siya kanalı və məlumatı qəbul edən tərəf.

Jurnalistika terminləri lüğəti

informasiya müharibəsi

Siyasi, iqtisadi, hərbi sahələrdə üstünlük qazanmaq üçün mediada ardıcıl informasiya hücumları təş­kil etməklə rəqibin zəiflədilməsi, sıradan çıxarılması üsulu.

İ.M.-nin hədəfləri mü­naqişə edən tərəflərin (ölkələrin) əhalisi, dövlət institutları (ilk növbədə, hərbi qüv­vələri) və beynəlxalq rəydir. Bu mü­haribə rəqibin informasiya sistemləri və pro­seslərinə zərbə vurmaq, onun gerçək məlumat əldə etmək imkanlarını məh­dud­laşdırmaq, internet resurslarını dağıtmaq, öz resurslarını isə qorumaq və güclən­dirmək, dezinformasiya, şayiələr hesabına media fəallığını artırmaq kimi üsullarla həyata keçirilir. İ.M. termininə rəsmi sə­nədlərdə ilk dəfə 1976-cı ildə ABŞ ad­ministrasiyasının hərbi məsləhətçisi Tomas Ronanın «Silah sistemləri və informasiya müharibələri» hesabatında rast gəlinir. Lakin bu termin hüquqi deyil, siyasi, publisistik xarakter daşıyır, ona görə hətta hərbçilər də İ.M. əvəzinə «informasiya əməliyyatı» anlayışından istifadəyə üs­tün­lük verirlər.

See also:

Jurnalistika terminləri lüğəti

informasiya növləri

İnformasiyaların ­kon­kret xüsusiyyətlərinə görə təsnifatı.

Hansı xüsusiyyətin üstün tutulmasından asılı olaraq müxtəlif bölgü sistemləri, növ­lər mövcuddur. Qanunvericilik bütün mə­lumatları hüquqi rejiminə görə iki növə ayırır: açıq informasiya və əldə edilməsi məhdudlaşdırılan (məxfi və gizli) informa­siya. Təqdimat üsulu əsasında məlumatlar qrafik, audio, audiovizual, videoinformasiyalar və mətnlər, kodlaşdırma üsuluna görə analoqrəqəmsal informasiyalar kimi növlərə bölünür və s.

See also:

Jurnalistika terminləri lüğəti