Siyasi, iqtisadi, hərbi sahələrdə üstünlük qazanmaq üçün mediada ardıcıl informasiya hücumları təşkil etməklə rəqibin zəiflədilməsi, sıradan çıxarılması üsulu.
İ.M.-nin hədəfləri münaqişə edən tərəflərin (ölkələrin) əhalisi, dövlət institutları (ilk növbədə, hərbi qüvvələri) və beynəlxalq rəydir. Bu müharibə rəqibin informasiya sistemləri və proseslərinə zərbə vurmaq, onun gerçək məlumat əldə etmək imkanlarını məhdudlaşdırmaq, internet resurslarını dağıtmaq, öz resurslarını isə qorumaq və gücləndirmək, dezinformasiya, şayiələr hesabına media fəallığını artırmaq kimi üsullarla həyata keçirilir. İ.M. termininə rəsmi sənədlərdə ilk dəfə 1976-cı ildə ABŞ administrasiyasının hərbi məsləhətçisi Tomas Ronanın «Silah sistemləri və informasiya müharibələri» hesabatında rast gəlinir. Lakin bu termin hüquqi deyil, siyasi, publisistik xarakter daşıyır, ona görə hətta hərbçilər də İ.M. əvəzinə «informasiya əməliyyatı» anlayışından istifadəyə üstünlük verirlər.
See also:
Jurnalistika terminləri lüğəti