isv. ombudsman – kiminsə mənafeyini təmsil edən
1. İnsan hüquqlarının qorunması və vətəndaşların şikayətlərinə baxılması üçün xüsusi olaraq parlamentin seçdiyi və ya dövlət başçısı tərəfindən təyin edilmiş vəzifəli şəxs, müvəkkil.
Bir çox ölkələrdə müxtəlif sahələr, o cümlədən informasiya (media) məsələləri üzrə O.-lar fəaliyyət göstərir. İnformasiya məsələləri üzrə O.-lar dövlət orqanları tərəfindən informasiya azadlığı hüququnun pozulması hallarını araşdırır, pozuntuların aradan qaldırılması üçün təkliflər verir, hesabatlar hazırlayır.
2. Media qurumlarında jurnalistlərin peşə əxlaqı prinsiplərinə riayət etməsinə nəzarəti həyata keçirən, habelə oxucu (dinləyici, tamaşaçı) şikayətlərini araşdıran müstəqil və nüfuzlu şəxs, mütəxəssis.
O. redaksiyanın ştatına daxil edilə və ya müqavilə əsasında ştatdankənar fəaliyyət göstərə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti