Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiyanın sistemləşdirilməsi

Sə­nədləşdirilmiş informasiyaların, habelə informasiya texnologiyalarının təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə edilməklə nizam­lan­ması.

See also:

Jurnalistika terminləri lüğəti

informasiyanın təsnifatı

Əldə olunma növünə və istifadə qaydasına görə məlu­matların kateqoriyalara bölünməsi.

Bu göstəricilərə görə informasiyalar iki növə ayrılır: ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalar. Azər­baycan qanunvericiliyinə görə, alın­ması məhdudlaşdırılmayan bütün informasiyalar açıq informasiyalar sayılır. Alın­­­ması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və kon­fidensial (gizli) olur. Dövlət sirri məxfi ­xa­rakter daşıyır; vətəndaşların, hüquqi  şəxs­lə­rin qanuni maraqlarının qorunması məq­sədilə  əldə olunmasına məhdudiyyət ­qo­yulan peşə, kommersiya, istintaq və məh­kəmə  sirləri, habelə fərdi məlumatların böyük qismi konfidensial (gizli) ­informasiya ka­teqoriyasına aid edilir. Mə­lu­matların dövlət sirrinə, yaxud konfidensial informasiya­la­ra aid edilməsi, onların istifadə və mühafizə qaydaları, toplanması və ya­yılması şərtləri müvafiq qanunlarla tən­zimlənir.

See also:

Jurnalistika terminləri lüğəti

informatika

lat. informatio – məlu­mat­landırma, izah

İnformasiyanın ümumi xüsusiyyətləri və strukturunu, habelə kompüter texnologiyaları vasitəsilə həyata ke­çirilən informasiya prosesləri ilə əla­qə­dar məsələləri öyrənən elm sahəsi.

İ. mə­lumatların elektron hesablayıcı maşınlarda emalı, proqramlaşdırma, alqoritmlərin təh­lili kimi problemlərlə məşğul olur. Bu termin 1956-cı ildə alman mütəxəssisi Karl Ştaynbux tərəfindən elmə daxil edilib.

Jurnalistika terminləri lüğəti