Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

haqsız reklam

Sahibkarlıq fəaliyyətində qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə, istehlakçıları çaş­dırmağa yönəldilmiş, digər bazar sub­yektlərinin nüfuzuna xələl gətirə bilən reklam.

Reklam olunan əmtəədən is­ti­fadə etməyən şəxsləri gözdən salan, bu əmtəə ilə digərləri arasında qeyri-etik mü­qayisələr aparan, rəqibin şərəf və ləyaqə­tinə, işgüzar nüfuzuna ziyan vuran, habelə başqa reklamlarda istifadə olunmuş eks­klüziv mətni, görüntü və səs effektlərini kö­çürməklə, insanların təcrübəsizliyindən sui-istifadə etməklə, əhəmiyyətli infor­ma­siyanın bir hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirən rek­lamlar H.R. sayılır, onların yayılmasına yol verilmir.

See also:

Jurnalistika terminləri lüğəti

HD [eyç-di] abreviatura

ing. High Density – yüksək sıxlıq və ya ing. High Definition – yüksək görüntü keyfiyyəti

1. Sektorların yüksək sıxlığına və buna görə böyük informasiya tutumuna malik kompüter disketləri. 

2. Yüksək gö­rüntü keyfiyyətini təmin edən televiziya sistemi.

Kompüter monitorlarında da tətbiq olunan bu sistem ekranda şaquli və üfüqi istiqamətdə piksellərin böyük sıxlığı ilə seçilir.

Jurnalistika terminləri lüğəti