Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fiber optik əlaqə

ing. fiber – lif + yun. op­tos – görünən

İnformasiyanın bir yerdən başqa yerə optik lifli kabellər – işıq şüaları vasitəsilə ötürülməsi üsulu.

Bu zaman informasiya daşıyıcısı rolunu infra­qırmızı diapazona yaxın elektrik dal­ğaları oynayır, optik lifli kabellər isə onları istiqa­mət­lən­dirir. Üsul 1970-ci ildə ixtira edilib və faktik olaraq yeni informasiya əsrinin baş­lan­ğı­cını qoyub. İnformasiyanın işıq xət­­ləri üzrə ötürülməsi zamanı sürət mü­qayi­sə­olun­maz dərəcədə artır və saniyədə peta­bit­lər­lə (1 petabit = 1.000.000 giqabit) ölçü­lür, uzaq məsafələrdə güc itkisinə, ­de­­­mək olar ki, yol verilmir, elektromaqnit maneələri aradan qalxır və yüksək sə­viy­yədə informasiya təhlükəsizliyi təmin olu­nur.

Jurnalistika terminləri lüğəti

fiksiya

lat. fictio – yalan

1. Uydurma, ger­çəklikdə mövcud olmayan. 

2. Əslində, yalan olan, lakin gerçək təsəvvürlərə, inanclara uyğun gəldiyi üçün həqiqət kimi qəbul edilən bəyanat, informasiya.

Mə­sələn, de­mok­ratik inkişaf yolu seçmiş ölkədə mü­əyyən azadlıqlara əsassız məh­dudiy­yətlər qoyularsa və hökumət qərarını uydurma terror təhlükəsi ilə izah edərsə, bu, reallıq­da F.-dır, amma kənardan inan­dırıcı görünə bilər, çünki əsassız məh­du­diy­yətlər de­mok­­ratiyanın xarak­terinə zid­dir. 

3. Bir çox öl­kələrdə: xəyali hadisələr və qəh­rə­man­ların təsvir olunduğu nəsr əsər­ləri, xüsusilə no­vellalar.

Məsələn, Oksford lüğətlərində F. (fiction) termininin məhz belə izahı ve­rilir. Lakin Azərbaycanda termin bu anlamda çox nadir hallarda işlədilir.

Jurnalistika terminləri lüğəti

filial

fr. filiale < lat. filialis – övladlığagö­tür­mə

Hüquqi şəxsin, o cümlədən redaksiya və jurnalist təşkilatının əsas struk­­­turunun yerləşdiyi məntəqədən kə­nar­­da yaradılmış ayrıca bölməsi.

F. baş mü­əssisənin və­saiti hesabına yaradılır, onun nizamnaməsi əsa­sında fəaliyyət gös­tərir və yerləşdiyi əra­zidə baş müəssisənin funk­siyalarının hamısını və ya bir qismini yerinə yetirir.

See also:

Jurnalistika terminləri lüğəti

film

ing. film – lent

1. İşığahəssas xüsusi  təbəqə ilə örtülmüş, plastikdən, yaxud di­gər elastik materialdan hazırlanmış lent zolağı.

2. Hər hansı ideyanı, məzmunu səs və görüntünün köməyi ilə çatdıran, televiziyada, yaxud kino ekranında nümayiş etdirilmək üçün lentə (videoya) alınmış əsər.

F.-lərin janrlarına görə bədii, multiplikasiya (cizgi), sənədli, xronikal-sənədli, elmi-kütləvi, tədris və s., formalarına görə isə səsli, səssiz, ağ-qara, rəngli, tam­met­rajlı, qısametrajlı və bu kimi növləri olur.

See also:

Jurnalistika terminləri lüğəti

filtr

fr. filtre < lat. filtrum – hərf. keçə

1. Mü­əyyən tezlikli siqnal, şüa və ya dalğaları keçirən, digərlərinin isə qarşısını alan ci­haz, şəbəkə. F.-lərin ən müxtəlif sahələrdə tət­biq olunan yüzlərlə növü var.

Jurnalistikada, əsasən, akustik və optik­­­ ­­F.-lərdən istifadə edilir. Akustik F.-lər səs siqnal­ları­nın, optik F.-lər işıq dalğalarının spektrini, intensivliyini, istiqamətini də­yi­şə bilir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni elektron və rəqəmsal F.-lərin də meydana çıxmasına səbəb olub. Elektron F.-lər elektrik siq­nallarının, rə­qəmsal F.-lər isə rəqəmsal siq­nalların spek­trində lazımi komponentləri keçirir, qalan kompo­nent­lərin qarşısını kəsir.

2. İnfor­masiyanın çeşidlənməsi­nə, yalnız istifa­dəçinin müəy­yənləşdirdiyi ­me­­­­yarlara cavab verən məlu­matların verilənlər bazasından seçilib ekrana çıxa­rıl­ma­sına xidmət edən proqram təminatı, yaxud onun ele­men­­ti.

Məsələn, kompüter istifadəçisi belə F.-lərdən istifadə etməklə seçicilərin ümumi siyahısından məhz bir küçədə yaşayan adamların ad­larının ek­randa görünməsinə, qalanlarının isə hə­min F.-lər tərəfindən tutulub sax­lanmasına nail ola bilər. 

3. Məcazi mənada: in­for­masiyanın sərbəst yayılması, isteh­sal­çıdan istehlakçıya çatdırılması qar­şısında süni maneə, senzura.

4. Məcazi mənada: müs­bət seçim imkanı verən ciddi yoxlama, mənfi proseslərin inkişafı qarşı­sında sədd.

Jurnalistika terminləri lüğəti