Kağız vərəqinin beynəlxalq standart üzrə müəyyənləşdirilmiş formatı.
B formatlı kağızlar enlə uzunluq arasında 1:1,4142 (ikinin kvadrat kökü) nisbəti saxlanılmaqla A formatında olmayan ölçüləri əhatə edir. Belə vərəqin maksimal ölçüsü (B0 formatı) 1414 mm x 1000 mm təşkil edir.
Jurnalistika terminləri lüğətiAudiovizual media sistemlərində informasiyanı hadisə yerindən birbaşa auditoriyaya çatdırmağın forması.
B., adətən, aktual olayın baş verdiyi məkanla studiya, yaxud iki studiya arasında real vaxt rejimində yaradılır. Canlı reportaj dinləyicini, tamaşaçını hadisənin şahidinə çevirir. Qərb jurnalistikasında xəbərləmənin bu formatı bəzən breaking news (təcili xəbərlər) da adlandırılır. Jurnalist görüntüləri studiyada monitorda izləyərək onlara şərh verir, yaxud yaradıcı komanda ilə hadisə yerində işləyir, olayın fonunda standupda çıxış edir, müsahibə götürür, sorğu keçirir və s.
Jurnalistika terminləri lüğətifr. balance – tərəzi
1. Jurnalist materialında əks etdirilən fərqli fikir, baxış və mövqelər arasında nisbət, habelə bu nisbətin cəmiyyətdəki real vəziyyətə uyğunluğu.
B. – cəmiyyətdəki plüralizmin, çoxsəsliliyin mediada adekvat təzahürüdür: jurnalistlərdən toplumda hər hansı problemə, hadisəyə dair hakim baxışla yanaşı, fərqli və tamamlayıcı mövqelərə də lazımi diqqət yetirmək tələb olunur. B.-ın qorunması jurnalist materialının keyfiyyətini müəyyənləşdirən ən mühüm amillərdən biri, KİV-in obyektivliyinin, bitərəfliyinin, qərəzsizliyinin əsas göstəricilərindəndir. Seçkilərin, digər iri siyasi kampaniyaların, münaqişələrin işıqlandırılması zamanı hər hansı KİV-in B.-ı pozması onun qeyri-professional davranışının, obyektivlik prinsipinə əməl etməməsinin göstəricisidir.
2. Müxtəlif mənbələrdən gələn səslər arasında onların ahəngdarlığını təmin edən nisbət.
See also:
Jurnalistika terminləri lüğətifr. balance – tərəzi
1. Hər hansı prosesin iştirakçılarının hadisəyə, problemə fərqli baxışlarını reallığa uyğun şəkildə işıqlandırmağı tələb edən jurnalistika prinsipi.
Balanslaşdırılmış informasiya həqiqəti əks etdirir və auditoriyaya olay haqqında öz fikrini formalaşdırmağa imkan yaradır.
2. Müxtəlif mənbələrdən gələn səslər arasında düzgün nisbətin, ahəngdarlığın təmin edilməsi.
Musiqinin, ətraf küylərin və s.-nin dinləyici, yaxud tamaşaçı auditoriyası tərəfindən keyfiyyətli qavrayışı baxımından düzgün B. mühüm əhəmiyyət kəsb edir.
See also:
Jurnalistika terminləri lüğəti