ing. ipod < i + pod – kapsul, saxlanc yeri
Kiçik media oxuyucusu, cib kompüterlərinin bir növü.
A. Apple şirkəti tərəfindən 2001-ci ildə «Cibinizdə 1000 mahnı» devizi altında təqdim olunub. A.-in bir sıra modelləri var, onların əksəriyyətində fləş-yaddaş qurğusundan istifadə olunduğu üçün ölçüləri çox balacadır.
Jurnalistika terminləri lüğətiing. IP < Internet Protocol – şəbəkədaxili protokol
Verilənlərin şəbəkə vasitəsilə ötürülməsini təmin edən marşrutlaşdırılmış internet protokolu.
A.-nin başlıca vəzifəsi informasiya paketini mənbədən konkret ünvana çatdırmaqdır. Məhz A. ayrı-ayrı kompüter şəbəkələrini vahid ümumdünya şəbəkəsinə çevirir.
See also:
Jurnalistika terminləri lüğətiing. IP address < Internet Protocol – şəbəkədaxili protokol
Şəbəkəyə qoşularaq kommunikasiya üçün internet protokolundan istifadə edən hər bir avadanlığın rəqəmlərdən ibarət elektron ünvanı.
İnternetdə hər kompüterin öz unikal A-Ü.-ı olur və bütün digər kompüterlər bu ünvanla əlaqə saxlayır. Çoxsaylı rəqəmləri yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər onların əvəzinə istifadəçilərə domen adları təklif edirlər.
See also:
Jurnalistika terminləri lüğəti