Media məhsulunun istehsalı, media layihəsinin həyata keçirilməsi üçün lazımi maliyyə vəsaitinin və (və ya) digər maddi vəsaitin əksər hissəsini könüllü olaraq ayıran şəxs, müəssisə, təşkilat.
Layihənin Ə.S.-unun (baş sponsor) olması onun daha kiçik həcmlərdə digər sponsorlar tərəfindən dəstəklənməsini istisna etmir. Ə.S.-la bağlanmış müqavilədə onun layihəyə ayırdığı vəsaitin həcmi (adətən, bu həcm büdcənin 75%-dən az olmur), digər sponsorla müqayisədə üstün hüquqları (məhsulun üzərində loqotip və ticarət markasını yerləşdirmək, tədbirin açılışında və bağlanışında çıxış etmək və s.) öz əksini tapır. Bəzi hallarda hazır məhsula müəlliflik hüquqları müəyyən dərəcədə Ə.S.-a da şamil edilə bilər.
Jurnalistika terminləri lüğətiİnsanın əqli əməyinin, yaradıcılığının məhsulu, obyektiv formada mövcud olan nəticəsi.
Ə. açıqlanmış və açıqlanmamış, yazılı (əlyazma, not yazısı və s.) və şifahi (kütləvi çıxış, kütləvi ifa və s.), səs, mətn, görüntü və s. formalarda ola bilər. Müəlliflik hüququnun yaranması üçün Ə.-in qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb edilmir.
See also:
Jurnalistika terminləri lüğətiTorpağın, suyun, Yerin təkinin, atmosferin, canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində baş verən dəyişikliklər, onların qiymətləndirilməsi, habelə ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər, məsrəflər barədə məlumatlar.
Jurnalistika terminləri lüğətiƏhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan və təkrar xammaldan istifadə sahəsində qayda və standartları müəyyənləşdirmək, nəzarət həyata keçirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətinə malik dövlət, yerli özünüidarəetmə orqanları, onların sahə strukturları.
Jurnalistika terminləri lüğətiBaşlıca funksiyası auditoriyanı əyləndirmək olan kütləvi informasiya vasitələri.
Ə.M.-ya, əsasən, krossvordlar, komikslər, lətifələr dərc edən nəşrlər, yalnız musiqili verilişlər, bədii filmlər, ovçular, turistlər, ekstremallar üçün proqramlar yayımlayan ixtisaslaşmış televiziya və radio kanalları aiddir. Bəzən əsas vəzifəsinin əhalini məlumatlandırmaq və maarifləndirmək olduğunu bəyan edən teleradiokanallar da auditoriyasını genişləndirmək, reklam cəlb etmək üçün daha çox əyləncəli proqramlara yer verir, faktik olaraq Ə.M.-dan fərqlənmir.
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin rekreativ (bərpaedici) funksiyası, medianın əsas ictimai funksiyalarından biri.
Ə. yalnız auditoriyanın asudə vaxtını doldurmağa yönəldilmiş fəaliyyət deyil, o həm də sosial gərginliyin azaldılması, istirahətin səmərəliliyinin artırılması kimi vəzifələr yerinə yetirir. Ə. elementləri bir çox maarifçilik proqramlarında da öz əksini tapır. Ə. funksiyası çap KİV-ə nisbətən elektron medianın fəaliyyətində daha geniş yer tutur.
See also:
Jurnalistika terminləri lüğəti