Reklam
Reklam

Məsəllər, deyimlər

ZEYTUN BUDAĞI

►Ta qədimdən sülhün, sülhsevərliyin, xoş niyyətin rəmzi kimi işlədilən ifadə.

İfadə Nuh peyğəmbərlə bağlı rəvayətdən qaynaqlanaraq yayılmışdır.

«İncil»də dünya daşqını haqqında rəvayətə görə, Nuh öz ailəsi ilə birlikdə gəmidə daşqından xilas olandan və demək olar ki, bir il ucsuz-bucaqsız dəryada üzəndən sonra suyun Yer üzərindən çəkilib-çəkilmədiyini öyrənmək qərarına gəldi. Əvvəlcə o, qarğanı buraxdı, amma o, tezliklə qayıtdı, çünki su hələ də çəkilməmişdi və qonmağa yer yox idi, sonra göyərçin də geri qayıtdı. Yeddi gündən sonra yenidən səmaya buraxılmış göyərçin bu dəfə dimdiyində zeytun budağı gətirdi – bu, suyun çəkildiyinə və ağacların səthə çıxdığına işarə idi.

Zeytun budağı qədim zamanlardan bəri sülh və əmin-amanlığın, dincliyin rəmzi olmuşdur. «Zeytun budağı» ifadəsi bu gün də dilimizdə işlənir.

Məsəllər, deyimlər