Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

zəlzələnin intensivliyi

lat. intencio – gərginlik

Zəlzələnin Yer səthində insanlara, binalara, təbii obyektlərə göstərdiyi təsir, törətdiyi dağıntılar əsasında müəyyənləşdirilən gücü.

Z.İ. 12 ballıq beynəlxalq şkala üzrə ölçülür: 3 bal – zəif, 6 bal – güclü, 9 bal – dağıdıcı, 12 bal – tam fəlakətə səbəb olan zəlzələdir. Zəlzələnin intensivlik şkalasını çox vaxt lokal maqnituda şkalası (Rixter şkalası) ilə səhv salırlar. Zəlzələnin maqnitudası titrəyiş baş verən kimi seysmoqrafın göstəriciləri əsasında, intensivliyi isə yalnız onun nəticələri aydın olduqdan sonra ayrı-ayrılıqda müəyyənləşdirilir.

See also:

Coğrafiya terminləri lüğəti