yun. seismos – titrəmə + yun. grapho – yazıram, təsvir edirəm
Seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihaz.
Adətən, S. yayla bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bəzi S.-lar horizontal, digərləri vertikal hərəkətlərə həssasdır. Dalğalar kağız lentdə titrəyən qələmlə qeyd edilir. Elektron S.-lar (kağız lentsiz) da mövcuddur. Tarixdə məlum olan ilk S. eramızın 132-ci ilində Çində hazırlanıb.
See also:
Coğrafiya terminləri lüğəti