Reklam
Reklam

Məsəllər, deyimlər

ZAMAN (VAXT) SU KİMİ AXIB GEDİR

Vaxtın, zamanın olduqca tez ötdüyünə, göz açıb-yumunca ömrün keçdiyinə işarə ilə işlədilən ifadə.

İfadə çox qədim zamanlarda vaxtı ölçmək üçün mövcud olmuş su saatları ilə bağlı yaranaraq yayılmışdır.

İnsanlar çox-çox qədimlərdən vaxtı ölçmək üçün müxtəlif üsullardan istifadə etmişlər. Müasir adamların ulu babalarına günəş saatı, su saatı, ulduz saatı, od saatı, qum saatı vә s. məlum idi; mәsәlәn, e.ә. XVI әsrdə Çindә su saatı var idi.

Qәdim yunanlarda su saatlarından – klepsidralardan müxtəlif mәqsədlərlə (mәişәtdə istifadә, nəbzin döyünməsini hesablamaq, mәhkəmә vaxtı çıxışlara ayrılan müddәti düzgün müәyyәnləşdirmək vә s.) istifadә olunurdu. Klepsidra, əsasәn, şar şәklindә ağzıbağlı qab olub suyun müntәzәm şəkildә axa bilmәsi üçün altdan xırda deşiklәrə malik süzgәcdir. Su tәdricәn bu süzgәcdən axır vә qurtarandan sonra klepsidra yenidәn doldurulurdu.

Deyilənə görə, məşhur filosof Platon klepsidraya zәngli saat qoşmuşdu ki, səhərlәr yoldaşlarını və təlәbәlәrini akademiyadakı mәşğәlәlərə vaxtında dәvәt edә bilsin.

Məsəllər, deyimlər