►Heyvanlara acıqlanarkən sahibinin ünvanına (daha çox dialektlәrdә) qınaq kimi işlədilən ifadə.
İfadə qədim xalqlarda «hər yerin və hər şeyin ruh şəklində olan bir yiyəsi vardır» təsəvvüründən qaynaqlanır.
Bir sıra qədim xalqların tәsәvvürünə görə, dünyada müxtəlif ruhlar – «yiyәlәr» vardır. Meşәnin öz yiyəsi, gölün öz yiyəsi, dağın başqa bir yiyәsi vә s. vardır. Dәnizin də yiyәsi var, çayın da, sәhranın da. Bu «yiyә»lәrә inam slavyan, türk və d. xalqların ən qədim epos və rәvayәtlәrindә öz әksini tapmışdır. Nağıl vә rәvayәtlәrdә qəhrәmanlar sәhranın, meşənin, dənizin vә s.-nin yiyəlәri ilә qarşılaşır, onlar isə qəhrəmanlara ya yaxşılıq edir, ya da pislik. Adәtәn, dağın yiyəsi qoca kişi, meşәnin yiyәsi yaşlı qadın, çayın yiyәsi gәnc qız (su pәrisi) vә s. şәklindә təsәvvür olunur. Dəyirmanların, hamamların yiyəsi cinlər, pәrilәrdir. Evlərin yiyəsi, adətən, ilan qılığında özünü göstәrdiyi üçün evdәn çıxan ilanı öldürmәzlәr.
Qədim təsәvvürlәrә görə, bu yiyəlәri acıqlandırmaq, saymamaq olmaz, әksinə, çalışıb onları şirin dillə rәhmə gətirmәk, әlә almaq lazımdır. Qoca kişi və ya qadın (bәzәn dә cavan qız) şәklindә olan yiyəlәr haqqında nağıllarımızda çoxlu məlumatlar vardır (məsələn: «Göyçək Fatma»). Yolların yiyəsi hesab edilən Xızır obrazı bir çox Şərq ölkələrindә də mәşhurdur.
Qәdim şumerlәr inanırdılar ki, һәr bir ağacın (ümumiyyətlə, meşənin) yiyəsi var və o, ağacı kəsən adamı öldürməmiş ondan əl çəkmәz. Bir sıra Sibir xalqlarında (yukagirlәr, tuvinlәr vә b.) belә bir adәt vardır ki, ova çıxmazdan qabaq o yerin yiyәsinә xüsusi pay ayırır, çöldә tir üstündә dәlә, dovşan, tülkü dәrisi və s. qoyub gedirlәr.
Məsəllər, deyimlər