Bəşər tarixinin inkişafında orta əsrlərdən sonra, ən yeni dövrdən əvvəl gələn mərhələ.
Y.D.-ün xronoloji çərçivələri barədə tarixşünaslıqda yekdil fikir müəyyənləşməyib. Onun başlanğıc nöqtəsi kimi Reformasiya (1517), ispanlar tərəfindən Amerikanın kəşfi (1492), Konstantinopolun fəthi (1453), əksər hallarda isə İngiltərə burjua inqilabı (XVII əsrin ortası) götürülür. I Dünya müharibəsinin (1914–1918) bitməsi ilə Y.D. başa çatır.
Tarix terminləri lüğəti