►Həyat amalının daha dərin, mənəvi dəyərlər əsasında qurulduğunu vurğulayan ifadə.
Bu maraqlı kәlamı ilk dәfә antik dünyanın mәşhur filosoflarından Sokrat (e.ә. 470–399) işlәtmişdir.
Əsasən, şüurlu insanın həyat fəlsəfəsini ifadə edən bu deyim tezliklə Qərbdə və Şərq dünyasında geniş yayılaraq müxtəlif müəlliflərin yazılarında tәkrarlanırdı; məsələn, həmin fikir Sәdinin məşhur «Gülüstan»ında belə ifadə olunur:
Yemәk lazım yaşamaqçın, demәkçin,
Səncә, hәyat lazım ancaq yemәkçin?!
Fransanın Nitsa şәhәrindә olan restoranların birinin sahibi öz müəssisəsinin qarşısında belә bir lövhə asır: «Әgәr siz yemәk üçün yaşamaq istəmirsinizsə, onda məni yaşatmaq üçün yeyin».
Məsəllər, deyimlər