►Mәnasız mübarizə aparmaq, xәyali, mövcud olmayan düşmәnlәrlә döyüşmәk, nəticəsiz işlərə güc sərf etmək.
İfadә ispan yazıçısı Migel de Servantesin (1547–1616) məşhur «Don Kixot» romanından qaynaqlanır.
Romanda kasıb, nəcib ispan zadəganının döyüş romanlarına çox diqqət yetirməsindən bəhs edilir. Onun təxəyyülü oxuduqları ilə, yəni sehrlə, döyüşlə, döyüşə çağırışla və məhəbbət gəzintiləriylə dolmuşdu. Bütün bunların həqiqiliyinə əmin olandan sonra o, səyyar cəngavər oldu və macəra axtarışına çıxdı. Bu səyahətdə Don Kixot həmişə bir pis vəziyyətdən digərinə düşürdü. Bir dəfə o, yel dəyirmanlarını hiyləgər nəhəngə bənzədərək onlara hücum edib nizə ilə vurmağa başlayır.
Roman yayıldıqdan sonra Don Kixot adı məcazi məna daşımağa başladı: indi nəcib, lakin sadəlövh, döyüş qabiliyyəti olmayan, mənasız yerə özünü qurban verən, həyatı başa düşməyən qəhrəmanları bu cür adlandırırlar. «Yel dəyirmanları ilə döyüşmək» ifadəsi də həmçinin məşhur oldu və bu ifadə «xəyali rəqiblə döyüşmək» mənasını verir.
Məsəllər, deyimlər