fr. Légion étrangère; isp. Legión Española
Fransa və İspaniyada quru qoşunlarının tərkibinə daxil olan hərbi birləşmə.
Fransada 1831-ci ildən, İspaniyada isə 1920-ci ildən fəaliyyət göstərir. Fransız X.L.-unda, əsasən, 17 yaşdan 40 yaşadək əcnəbi vətəndaşlar qulluq edirlər. İspan X.L.-una isə yalnız İspaniya və ispandilli xarici ölkə vətəndaşları qəbul olunurlar. Fransız X.L.-u müstəmləkələrdə və beynəlxalq hərbi koalisiyaların tərkibində döyüşüb. İspan legionu isə vətəndaş müharibəsinin gedişində (1936–1939) ölkə daxilində frankoçular tərəfində də vuruşub. Yüksək döyüş hazırlığı və texniki təchizatı ilə fərqlənən X.L.-lar hər iki ölkənin ordusunda elit birləşmələr sayılır və çevik qüvvələr kimi istifadə olunur.
Tarix terminləri lüğəti